Главная > Gündəm / Cəmiyyət > Qərbi Azərbaycan İcmasında Ağbaba-Şörəyel mahalının nümayəndələri ilə görüş keçirildi.

Qərbi Azərbaycan İcmasında Ağbaba-Şörəyel mahalının nümayəndələri ilə görüş keçirildi.


4-03-2023, 20:39. Разместил: admin

2023-cü il mart ayının 4-də Qərbi Azərbaycan İcmasının binasında Amasiya rayonu üzrə icmanın iclası keçirilib.

İclasa QAİ-nın şöbə müdiri Qalib Qasımov sədrlik edib.

Şöbə müdiri Qalib Qasımov görüş iştirakçılarını icmanın rəhbərliyi adından salamlayıb və iclasın gündəliyini elan edib.Gündəlikdə Amasiya icmasının üzvləri və ziyalılarla tanışlıq, İcmanın fəaliyyətinin koordinasiyası, fikir və təkliflərin müzakirəsi, gələcəkdə Qayıdış Konsepsiyasının icrasına yönəlik konktert təkliflərin dinlənilməsi məsələsinə baxılıb.

Daha sonra Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxış edib. O, Qərbi Azərbaycan İcmasının məqsəd və hədəflərindən danışıb. H.Babaoğlu Qayıdış Konsepsiyasının mahiyyətinə toxundu və bildirdi ki, Qərbi Azərbaycana qayıdış məsələsi artıq strateji məsələ kimi ölkənin gündəmindədir. Və gələcəkdə bu istiqamətdə Amasiya rayonundan olan şəxslərin koordinasiyası, onların təşkilatlanmasının gücləndirilməsinin vacibliyini vurğuladı. Amasiya rayonu barədə öz xatirələrini bölüşdü. Akademik Abel Məhərrəmov  çıxışında Qərbi Azərbaycan İcmasının işində fəal yer aldığını icmanın fəaliyyətinin vacibliyini vurğuladı. Bildirdi ki, Ulu Öndər Heydər Əliyevin, eləcə də onun layiqli davamçısı möhtərəm Prezident, Müzəffər Ali Baş Komandanın Qərbi Azərbaycan məsələsini gündəmdə saxlaması və İcmanın fəaliyyətinə bu cür diqqət ayırması bütün xalqımızın ürəyincədir və milli məsələdir. 

Ona görə də həm icma həm də bütün ziyalılar bu milli məsələnin həlli istiqamətində cənab Prezidentin siyasətini dəstəkləyir. Akademik Abel Məhərrəmov doğma kənləri, oxuduğu illər, məktəb, müəllimləri haqda xatirələrini bölüşüb.

Akademik Qərib Məmmədova söz verilib. O, 1903-cü ilə aid Cənubi Qafqaza aid xəritənin qorunub saxlanmasından, onun böyüdülərək çap olunmasından danışıb. Qərbi Azərbaycan İcmasının yaradılması və Qayıdış Konsepsiyasının hazırlanmasının əhəmiyyətini vurğulayıb. 

Azərbaycan Texniki Universitetin rektoru Vilayət Vəliyev öz çıxışında ermənilərin saxta  tarixinin ifşa edilməsinin vacibliyini vurğulayıb. Bu istiqamətdə görülməli olan vacib məsələlər toxunub. Bildirdi ki, Qərbi Azərbaycan İcmasına əlindən gələn dəstəyin göstərilməsinə hazırdır.

Tənzilə xanım Rüstəmxanlı Qərbi Azərbaycana qayıdışla bağlı görülməli işlərdən danışıb. Təbliğatın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, Doğma yurd yerləri ilə bağlı xatirələrini bölüşüb.

Eyni zamanda Türkiyədə vaxtı ilə keçirdiyi görüşlərdə türk siyasətçilərinə Qərbi Azərbaycanla bağlı məsələrin gündəmdə saxlanılmasının vacibliyi haqda məlumat verdiyini bildirib.

Tədbirdə Hüquq Elmlər diktoru Məhəmməd  İmanlı, şair tərcüməçi filologiya elmlər doktoru Ramiz Əsgər, ağsaqqal Mehdi Haqverdiyev, ehtiyyatda olan polkovnik Elmar Hüseynov, Eldar  Əliyev, Miraslan Bəkirli çıxış ediblər. 

İcmanın qarşısında Qərbi Azərbaycana qayıdışla bağlı bir çox işlərin görülməli olduğuna dair fikirlərini səsləndiriblər. 

Eyni zamanda dəstəklərini ifadə ediblər.

Bütün çıxışlarda ölkə rəhbərliyinə minnətdarlıq ifadə olunub.

Fərid Faiqoğlu
AJB-nin üzvü




Вернуться назад