Главная > Gündəm > "Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyi adından Türkiyədə depremdən əziyyət çəkən insanlara ərzaq sovqatları çatdırıb

"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyi adından Türkiyədə depremdən əziyyət çəkən insanlara ərzaq sovqatları çatdırıb


1-03-2023, 19:27. Разместил: admin




















"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin Türkiyə Respublikası üzrə nümayəndəlik sədri Natəvan Şadlinskaya təşkilat adından Türkiyədə baş verən zəlzələ nəticəsində  əzizlərini və evlərini itirən ailələrə ərzaq sovqatları çatdırıb. Təşkilat adından keçirilən yardım aksiyasında şəhid anaları Əsgərova Tərlan  və Biləndərli Çiçək iştirak ediblər. Bundan əlavə  Birliyin rəsmi təmsilçisi Natəvan Şadliniskaya Xeyriyyəçi iş adamı "Palmali Holding"in prezidenti Mübariz Mənsimovla görüşüb.

“Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı helikopterin qəzaya uğraması nəticəsində şəhid olan pilot Xəyyam Əliyevin adını daşıyan gəmi  dünya sularına yola salınıb. “Palmali Holding” tərəfindən təşkil olunan mərasim Türkiyənin Yalova şəhərindəki Boğaziçi tərsanəsində baş tutub. Mərasimində iştirak edən  Natəvan Şadlinskaya həm öz adından və həm də Birlik sədri Yasəmən Qəyyumlunun adından Mübariz Mənsimova və əməyi keçən hər kəsə təşəkkür edib . Şəhidin adını daşıyan Gəminin dünya sularına yola salınma  mərasimində  “Palmali Holding”in prezidenti, xeyriyyəçi Mübariz Mənsimovun dəvəti ilə Türkiyəyə dəvət olunmuş Xəyyam Əliyevin ailə üzvləri, şəhid ailələri, Türkiyəli iş adamları, media mənsubları iştirak ediblər. 


Fərid Səfərov

Birliyin mətbuat katibi



 


Вернуться назад