Главная > Gündəm / Səhiyyə > Ruslan Nəcəfov: Ömürlərə ömür calamaq, ümid yeri olmaq, xəstələrə şəfa vermək xeyirxah olduğu qədər də gərəkli və müqəddəs işdir

Ruslan Nəcəfov: Ömürlərə ömür calamaq, ümid yeri olmaq, xəstələrə şəfa vermək xeyirxah olduğu qədər də gərəkli və müqəddəs işdir


21-11-2022, 13:52. Разместил: admin


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Akademik C.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşı, Tibb üzrə Fəlsəfə Doktoru Ruslan Nəcəfovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Akademik C.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşı, Tibb üzrə Fəlsəfə Doktoru Ruslan Nəcəfovdur.

Akademik C.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşı, Tibb üzrə Fəlsəfə Doktoru Ruslan Nəcəfov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Ruslan Nəcəfov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Akademik C.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşı, Tibb üzrə Fəlsəfə Doktoru Ruslan Nəcəfova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Akademik C.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşı, Tibb üzrə Fəlsəfə Doktoru Ruslan Nəcəf oğlu Nəcəfov 1987-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunu (İndiki ATU) fərqlənmə diplomu ilə bitirmişdir.
1999-2000-ci illərdə Türkiyədə, Gülhanə Hərbi Tibb Akademiyasında (GATA),
2005-ci ildə Türkiyədə Yüksək İxtisas Xəstəxanasında,
2012-ci ildə Avstriyanın Zalsburq şəhəri Landeskrankenhaous xəstəxanasında kardiologiya üzrə ixtisasartırmada olmuşdur.
2005-ci ildə doktor Ruslan Nəcəfov “Kəskin koronar sindromlu xəstələrdə riski erkən qiymətləndirməklə müalicənin optimallaşdırılması” mövzusunda dissertasiya işini müdafiə edərək Tibb üzrə Fəlsəfə Doktoru elmi dərəcəsinə yiyələnmişdir.
2012-ci ildən 
dr.Ruslan Nəcəfov Tibb elmləri doktoru adını almaq üçün doktorluq dissertasiyası üzərində çalışır.
2011-ci ildən doktor Ruslan Nəcəfov Avropa Kardiologiya Cəmiyyətinin həqiqi üzvüdür.
Ruslan Nəcəfov dərc olunmuş 60-dək elmi əsərin, o cümlədən 5 dərslik, 2 metodik tövsiyə və 2 klinik protokolun müəllifidir.
ÜVZÜ OLDUĞU TƏŞKİLATLAR:
Azərbaycan Kardiologiya Cəmiyyəti 
(AKC),
Avropa Kardiologiya Cəmiyyəti 
(ESC),
Türkiye Kardioloji Derneyi, Amerika Exokardioqrafiya Cəmiyyəti,
Avropa Ateroskleroz Cəmiyyəti

ƏSAS FƏALİYYƏT İSTİQAMƏTİ:
Exokardioqrafiya: böyüklər və bütün yaşda olan uşaqlar
Holter monitorlama
Tredmil Test kimi kardioloji müayinələrin aparılması və ürək-damar sistemi xəstəliklərinin müalicəsi ilə məşğuldur
Böyüklərdə Ürək-damar,
Ürək-qapaq xəstəlikləri,
Ürək çatışmazlığı,
Ürəyin ritm pozulmaları
və sair kardioloji xəstəliklərin aktiv müayinə və müalicəsini həyata keçirir.

İŞ TƏCRÜBƏSİ:
Doktor Ruslan Nəcəfov Akademik C.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunda çalışır
Bundan əlavə Dəmir yolu xəstəxanasında, Mərkəzi Klinik xəstəxanada, Şəfa diaqnostika mərkəzində, Mediluxda, Baku Klinikdə, Baku Klinik Sumqayıt filialında, Zəfəran hospitalda, Bakı Sağlamlıqda həkim-kardioloq kimi çalışmışdır.


Вернуться назад