Главная > Gündəm / Bölgə > Qaradağ Rayonunda silsilə tədbirlər davam edir

Qaradağ Rayonunda silsilə tədbirlər davam edir


21-06-2022, 13:01. Разместил: admin
001 (2).jpg

17 iyun – Tibb İşçilərinin Peşə Bayramı günüdür


IMG-6289.jpg

Qaradağ Rayon İcra hakimiyyətində 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı günü münasibətilə dəyirmi masa keçirlimişdi. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, icra hakimiyyətinin və tibb müəssisələrinin əməkdaşları iştirak etmişlər.
   Tədbiri Süleyman Mikayılov açmış və  tədbirdə iştirak edən, rayonda səhiyyə sahəsində çalışan hər kəsi Tibb İşçiləri günü münasibətilə təbrik etmişdir.
   Çıxışında söyləmişdir ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin yarandığı gün -  iyunun 17-si Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
   Prezident İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa edilərək müasir avadanlıqlarla təchiz olunur. Dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılır. Səhiyyə sisteminin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzindədir.
   COVİD – 19 pandemiyası ilə mübarizədə də yüzlərlə tibb işçisi həyatını itirdi, aylarla evlərinə, uşaqlarının yanına gedə bilmədilər. Bu mübarizədə yüksək ixtisaslı səhiyyə işçilərindən ibarət böyük bir ordu iştirak edir. İxtisasca həkim olan Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən səhiyyə işçilərinə göstərilən dəstək, onların əməyinə verilən yüksək qiymət daim rəğbətlə qarşılanır.
   Sonda Süleyman Mikayılov  bu şərəfli işdə əməyi olan hər bir səhiyyə işçisinə cansağlığı, uğurlar arzulamış və səhiyyə sahəsində əməkdə fərqlənən tibb işçiləri Fəxri Fərmanla təltif olunmuş, onlara hədiyyələr təqdim olunmuşdur.  
17 iyun – Tibb İşçilərinin Peşə Bayramı günüdür
17 iyun – Tibb İşçilərinin Peşə Bayramı günüdür
17 iyun – Tibb İşçilərinin Peşə Bayramı günüdür



Qızıldaş qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir


010.JPG

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının Qızıldaş qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.
Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak etmişlər.
Keçirilmiş səyyar qəbulda 80-ə yaxın qəsəbədə sakinləri iştirak etmişdir.
Görüşə gəlmiş qəsəbə ağsaqqalları qəsəbə ərazisində görülən işlərə görə öz təşəkkürlərini bildirmiş, qəsəbənin, eləcə də qəsəbə sakinlərinin ümumi problemləri haqqında geniş danışmışlar. Qəsəbə sakinlərindən 10 nəfəri fərdi qaydada dinlənilmişdir. Sakinlərini narahat edən problemləri dinlənildikdən sonra onların həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Daha sonra qəsəbə sakinlərinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan Dövlət Proqramı çərçivəsində qəsəbə ərazisində görüləcək işlər barədə ətraflı məlumat verilmişdir
Qızıldaş qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir
Qızıldaş qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir
Qızıldaş qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir
Qızıldaş qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir
Qızıldaş qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir
Qızıldaş qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir



“Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı


4-.jpg

Heydər Əliyev Mərkəzində “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə  qarşı mübarizə  üzrə” Qaradağ rayon komissiyasının təşkilatçılığı ilə dəyirmi masa keçirildi.
         Dəyirmi masada  Qaradağ rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov,  “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə  Qarşı Mübarizə  üzrə” Dövlət Komissiyasının işçi qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov, Rayon Polis İdarəsinin şəxsi heyət üzrə köməkçisi  polkovnik-leytenant Yaşar İsayev, Qaradağ rayon prokurorunun müavini, Müsadirə edilmiş narkotik vasitələrin, psiхotrop  maddələrin və onların prekursorlarının aktlamdırılaraq məhv edilməsinə dair komissiyanın sədri İlkin İsmayılov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı aparatının  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, Hüquq şöbəsinin məsləhətçisi Sumaxanım Mirzəyeva, Bakı Narkoloji Dispanserin həkim-narkoloqu Vəfa Əliyeva, Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Qafil Qasımov, Qaradağ rayon gənclər və idman idarəsinin rəisi Elçin Abbasov, orta məktəblərin psixoloqları, müəllimlər və gənclər iştirak edirdi.
         Yığıncaqdan öncə müvafiq mövzuda rayon gənclərinin çəkdikləri rəsmlərdən ibarət təşkil olunmuş sərgiyə baxış keçirildi.
       Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının birinci müavini E.Abbasov narkomanlığa qarşı mübarizəni kütləvi surətdə aparmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  22 iyul 2019-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş “2019-2024-cü illər üçün Narkotik vasitələrin, psiхotrop  maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasına qarşı mübarizə üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı Qaradağ rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə  qarşı mübarizə üzrə rayon komissiyası”nın yaradılmasını qeyd etdi. Yeniyetmə və gənclərin həyatına müxtəlif yollarla daxil olan zərərli vərdişlərdən, o cümlədən narkomanlıqdan və onların fəsadlarından danışaraq həmin neqativ halların vaxtında aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsinin vacibliyini iştirakçıların nəzərinə çatdırdı.
         Rayon Polis İdarəsinin və rayon prokururluğunun təmsilçiləri narkotiklərlə əlaqədar törədilmiş cinayət hadisələri, narkotik vasitələrin saxlanması, məhv olunaraq dövriyyədən çıxarılması barədə geniş məlumat verdilər.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə  Qarşı Mübarizə  üzrə” Dövlət Komissiyasının işçi qrupunun təmsilçisi maarifləndirmə tədbirlərinin məktəbli gənclər üçün çox önəmli olduğunu, aparılan profilaktik işlərin böyüməkdə olan nəslin neqativ vərdişlərə meylliliyinin qarşıcının alınmasında əvəzsiz rol oynadığını söyləyərək müvafiq mövzularda seminarların, sərgi, mədəni-kütləvi aksiya və təşviqat kompaniyalarının keçirilməsinin, sağlam həyat tərzinin kütləvi-mədəni, bədən tərbiyəsi və idman vasitəsilə təbliğ edilməsinin və bu sahədə maarifləndirmə işinin genişləndirilməsinin vacibliyini qeyd etdi.
Munis Bayramov çıxışında xalqımızın adət-ənənələrindən və milli-mənəvi dəyərlərindən bəhs edərək bu gözəl xüsusiyyətlərimizə narkotikə qurşananların kölgə saldığını vurğuladı. Hər kəsin narkomanlığın qarşısının alınması üçün mübarizə aparmağını və maarifləndirmə üsullarının genişləndirilməsini məsləhət gördü.
Tədbirin sonunda iştirakçılara narkotik vasitələrdən, psiхotrop  maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr paylandı.
         Yığıncaq sual-cavab mərhələsi ilə yekunlaşdı.
 
“Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə  qarşı



Şəhid Ağabəy Məmmədquliyevin doğum günü qeyd edilmişdir


PHOTO-2022-06-15-12-59-44.jpg

Qaradağ rayonu Korgöz qəsəbəsində şəhid Ağabəy Məmmədquliyevin doğum günü qeyd edilmişdir
Şəhid Ağabəy Məmmədquliyev 15 iyun 2001-ci il tarixində Qaradağ rayonunun Korgöz qəsəbəsində anadan olmuşdur. Korgöz qəsəbəsində 197 nömrəli tam orta məktəbi bitirmişdir. 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə getmişdir. Xidmətini müharibəyə qədərki son günlərə qədər Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissədə davam etdirmişdir.Azərbaycan Ordusunun əsgəri olan Ağabəy Məmmədquliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ağabəy Məmmədquliyev 27 sentyabr 2020-ci ildə Tərtər rayonunun Talış kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirən zaman şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Ağabəy Məmmədquliyev ölümündən sonra "Vətən uğrunda","Suqovuşanın azad olunmasına görə" , "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir. Şəhidin doğum günü ilə əlaqədar olaraq tədbirdə Qaradağ rayon İcra Hakimiyyətinin məsul əməkdaşları ,Milli Məclisin deputatı,rayon ictimaiyyətinin nümayəndələri, qəsəbənin ağsaqqalları və sakinləri iştiak etmişdir.Daha sonra şəhidin ailəsi ziyarət olunmuş və şəhidin xatirəsinə tikilmiş bulağ kompleksinin açılışı olmuşdur.Bulağ kompleksinin açlışında nitq söylənmiş və gül dəstələri qoyulmuşdur.                                      Tədbir şəhidin məzarı ziyarət olunduqdan sonra bitmişdir. Şəhidin valideyinləri Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və birinci Vitse prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarına bildirmişlər.
Şəhid Ağabəy Məmmədquliyevin doğum günü qeyd edilmişdir.
Şəhid Ağabəy Məmmədquliyevin doğum günü qeyd edilmişdir.



Milli Qurtuluşdan Zəfərə doğru!" adlı vətənpərvərlik tədbirləri ongünlüyünə start verilib



3132ccc531003eb449f0121368056d91.jpg

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə "15 İyun - Milli Qurtuluş Günü" və "26 İyun - Silahlı Qüvvələr Günü"nə həsr olunan "Milli Qurtuluşdan Zəfərə doğru!" adlı vətənpərvərlik tədbirləri ongünlüyünə start verilib.
İlk tədbir Bakının Qaradağ rayonunun Puta qəsəbəsində yerləşən Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsində təşkil olunub.
Müdafiə Nazirliyi və Qaradağ rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Milli Məclisin, müdafiə nazirliyinin, Qaradağ rayon İcra hakimiyyətinin rəsmiləri, şəhid ailələrinin üzvləri, qazilər, hərbi dənizçilər, xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları, qeyri-hökumət təşkilatlarının, ictimayiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Hərbi Dəniz Qüvələrinin qərargahı qarşısında ucaldılan xalqımızın ümummilli lideri Heydər Əliyevin əzəmətli abidəsi ziyarət olunaraq önünə qızılgül çələngləri və gül dəstələri qoyulub.
Ulu öndərin və respublikamızın suverenliyi, ərazi bütövlüyünün qorunması uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Vətən müharibəsinin Zəfər bayrağı hərbi orkestrin ifa etdiyi "Qələbə marşı"nın sədaları altında təntənəyə gətirilib. İştirakçılar Zəfər bayrağına təzim edərək, alqışlarla qarşılayıblar.Vətənpərvərlik tədbiri aylığı çərçivəsində ilk tədbirə ev sahibliyi edən Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov tədbir iştirakçılarını salamyaraq deyib: "Bu gün ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası ilə Azərbaycan hakimiyyətinə qayıdışının ildönümüdür. Azərbaycanın iqtisadi, siyasi, mədəni yüksəlişinə qədəm qoyduğu, ölkəmizin ordu quruculuğunda yeni bir mərhələnin başlandığı gündür. Ordu ilə xalqın monolit birliyinin bayramıdır. Nə qədər Azərbaycan var, nə qədər Azərbaycan xalqı var, qalib Vətən əsgəri var Ulu Öndərimiz ürəklərdə, xatirələrdə əbədi yaşayacaq, və onun müqəddəs ruhu bizi daha nurlu, parlaq gələcəyə aparacaqdır."Hərbi Dəniz Qüvvələrinn komandanı böyük qürur hissi ilə bildirib ki, Ulu Öndərin özü qədər inandığı , gələcəyinə böyük ümidlər bəslədiyi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında doğma Azərbaycanımızın şan-şöhrəti bütün dünyaya yayılır. Möhtəşəm layihələr reallaşır. Ölkəmizin müdafiə qüdrəti günü-gündən daha da möhkəmlənir. Hər bir azərbaycanlı qalib dövlətin vətəndaşı, qalib ordunun əsgəri olması ilə fəxr edir. Azərbaycanın dinamik sürətlə inkişafı, işğaldan azad edilən yaşayış məntəqələrinin yenidən qurulması, tikinti-abadlıq işlərinin böyük vüsət alması, Şuşada beynəlxalq tədbirlərin, festivalların təşkili dünyanı heyrətə gətirir. Hətta düşmənlərimiz belə etiraf edirlər ki, Azərbaycan dövləti güclü dövlət, Azərbaycan xalqı xoşbəxt xalq, Azərbaycan Ordusu isə dünyanın ən güclü ordularından biridir.Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək deyib: " Hər il ölkəmizdə neçə-neçə əlamətdar hadisənin ildönümünü və tarixi günü təntənə ilə qeyd edirik. Lakin 15 iyun - Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir bayramdır. Bu şanlı tarixin memarı xatirəsini həmişə ehtiramla yad etdiyimiz Azərbaycan müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmləndirilməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqımıza Müzəffər Ali Baş Komandan, qurucu Prezident İlham Əliyev kimi görkəmli şəxsiyyəti bəxş edən ümummilli lider Heydər Əliyevdir.İcra başçısı keçən əsrin doxsanıncı illərinin əvvəllərini xatırlayaraq vurğulayıb:
"1991-ci ilin oktyabr ayında Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. Ancaq buna baxmayaraq, ölkədə yaranan gərgin vəziyyət dövlətimizin müstəqilliyini təhlükə altında qoyurdu. Ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlərin Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması, ayrı-ayrı bölgələrdə separatçılıq və parçalanma meyillərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı.
Həmin dövrdə əhalinin böyük təbəqəsini əhatə edən vətənpərvər insanlar yaranmış ağır, mürəkkəb vəziyyətdən çıxış yolunu Naxçıvan Ali Məclisinin sədri, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsində görür və bu məqsədlə müxtəlif təşəbbüslərlə çıxış edirdilər.
1993-cü il iyun ayının 4-də Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalanda AXC - Müsavat cütlüyü həm xalqımızın tələbini, həm də özlərinin acınacaqlı aqibətlərini nəzərə alaraq Heydər Əliyevi Bakıya dəvət etmək məcburiyyətində qalırlar."
İcra başçısı qeyd edib ki, Azərbaycan parlamentinin 1993-cü il iyunun 15-də keçirilən iclasında Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilir və bu hadisə xalqımızın tarixinə "Milli Qurtuluş Günü" kimi daxil olur. Ulu Öndər Heydər Əliyev Ali Sovetin sədri, sonralar isə Azərbaycan Respublikasının Prezidenti olarkən müstəqil dövlət quruculuğu yolunda uzaqgörən və qətiyyətli siyasət apararaq xalqı vətəndaş müharibəsi təhlükəsindən, dövləti isə çevriliş cəhdlərindən xilas edir. Milli Qurtuluş günündən daha parlaq gələcəyə, möhtəşəm Zəfərə doğru gedən yolumuzun bünövrəsi məhz həmin günlərdə qoyulur.
Vətənpərvərlik tədbirində Ulu Öndər Heydər Əliyevin həmin günlərdə söylədiyi qətiyyətli fikirlər səsləndirilib:
"Mən Azərbaycan Respublikasının bu çətin günündə bu ağır yükü üzərimə ona görə götürmüşəm ki, öz doğma bacı və qardaşlarıma, öz doğma Vətənimə, doğma vətəndaşlarıma, doğma torpağıma xidmət edim. Həyatımın son dəqiqəsinə qədər mən bu xidməti edəcəyəm və heç bir şey məni qorxutmur. Heç bir şey də məni bu yoldan çəkindirməyəcək. Mən bütün bu təxribatların, terrorların qabağında durmuşam və duracağam. Azərbaycanın müstəqilliyini qorumuşam və qoruyacağam. Azərbaycan mənim ürəyimdir, Azərbaycan mənim nəfəsimdir, Azərbaycan mənim həyatımdır!”
Tədbir iştirakçılarına məlumat verilib ki, Qaradağ rayonu ərazi baxımından Bakının yarısı qədərdir. Ən böyük sənaye mərkəzlərindən biri olan rayon ölkəmizin sənaye potensialının inkişafında böyük rol oynayır. Rayonun hansı bir guşəsinə getsəniz orada Ulu Öndərin izinə rast gələcəksiniz.
Ulu Öndər dəfələrlə rayonda olub, neçə-neçə möhtəşəm layihənin bünövrəsini qoyub, rayon sakinləri ilə görüşüb. Əbəs yerə dahi rəhbərimiz deməyib ki, Qaradağ rayonunun Azərbaycan xəritəsində, Azərbaycan iqtisadiyyatında, Azərbaycanın həyatında özünəməxsus yeri vardır. Qaradağlılar 1995-ci ildə ilk dəfə indiki prezidentimiz İlham Əliyevə etimad göstərərk onu Milli Məclisə deputat seçiblər. O isə həmişə seçicilərinin etimadını doğruldub.
"Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu gün bütün regionlara olduğu kimi Qaradağ rayonunun inkşafına da böyük diqqət göstərir. Qaradağlılar Prezident İlham Əliyevin rəhbərliyi altında Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etməkdən böyük qürur duyurlar", - S.Mikayılov deyib.
Birinci Qarabağ müharibəsində olduğu kimi, İkinci Qarabağ müharibəsində - Vətən müharibəsində də qaradağlıların həm ön cəbhədə, həm də arxa cəbhədə qələbə naminə səylərini əsirgəmədikləri barədə danışan icra başçısı diqqətə çatdırıb ki, igid oğullarımız 44 günlük Vətən müharibəsində əsl qəhrəmanlıq, şücaət nümunələri göstəriblər.
Qaradağ rayonundan olan neçə-neçə gənc döyüş meydanlarında şəhadətləri ilə tarix yazaraq əbədiyyətə qovuşublar. Onlarla döyüşçu müharibədən qazi kimi qayıdıb. Bu gün yüzlərlə qaradağlı gənc Silahlı Qüvvələrdə içdikləri hərbi anda sadiq qalaraq Vətən qarşısında əsgəri borclarını şərəflə yerinə yetirirlər. Hər bir Qaradağ sakini Müzəffər Ali Baş Komandanın istənilən əmrlərini yerinə yetirməyə hazırdır."
Dahi liderimiz Heydər Əliyevin 50 il öncə yaratdığı Cəmşid Naxçıvanski adına hərbi liseyin yetirməsi olan altı qardaşdan biri - Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini - Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov tədbir iştirakçılarına rəhbərliyin təbriklərini çatdırıb .
Vətən üçün, ordumuz üçün vətənpərvər, igid oğullar tərbiyə etdiklərinə görə şəhid ve əsgər valideynlərinə minnətdarlıq edib, qazilərimizə şəfalar diləyib, ordumuza dəstəyi olan hər kəsə təşəkkür edib.
General-mayor E.Xəlilov vətənpərvərlik tədbirləri aylığı çərçivəsində keçirilən ilk tədbiri ordu ilə xalqın birliyinin təcəssümü kimi dəyərləndirib və ulu öndər Heydər Əliyevin bu gün də aktual olan aşağıdakı fikirlərini tədbir iştirakçılarına bir daha xatırladıb:
"Xalqla ordunun birliyi həm xalqın qüdrətini artırır, həm də ordunu daha da qüdrətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir".
Çıxışlardan sonra "Milli Qurtuluşdan Zəfərə doğru!" adlı kinolaşdırılmış ədəbi-bədii-xoreoqrafik kompozisiya nümayiş etdirilib. Azərbaycan Ordusunun Sənədli və Tədris filmləri Mərkəzi əməkdaşlarının hazırladıqları videosüjetlər və incəsənət xadimlərinin ifa etdikləri vətənpərvərlik mahnıları, hərbi marşlar və rəqslərlə ulu öndər Heydər Əliyevin 29 il öncə hakimiyyətə qayıdışından başlayaraq, xalqımızın və ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılan möhtəşəm qələbəyədək olan dövr xronoloji ardıcılıqla təqdim olunub.
Tədbirdə şəhid ailələrinə və Vətən müharibəsinin qazilərinə, xidmətdə fərqlənən hərbi qulluqçulara Müdafiə Nazirliyi və Qaradağ rayon İcra Hakimiyyətinin rəhbərliyi adından xatirə hədiyyələri verilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon şöbəsi tərəfindən xidmətə çağırılaraq bu gün ruhumuzun paytaxtı Şuşa şəhərində Vətənə sədaqətlə xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından bir qrupunun Cıdır düzündən tədbir iştirakçılarına, valideynlərinə videomüraciəti və onları böyük sevgi ilə izləyən valideynlərinə həmin əsgərlərin nümunəvi xidmətlərinə görə mükafat olaraq məzuniyyətə gəlməsinin xəbər verilməsi ata-ana, nənələrlə görüşləri tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.
Azərbaycan Ordusuna göstərdikləri mənəvi dəstəyə, şəxsi heyətin döyüş ruhunun, vətənpərvərlik hissinin daha da yüksəlməsinə xidmətlərinə görə Qaradağ rayon İcra Hakimiyyətinin rəhbərliyinə, Xalq artisti Mübariz Tağıyevə, ictimai fəal Əliş Hüseynova Müdafiə Nazirliyinin mükafatları təqdim olunub. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-Təşkilat Məsələləri şöbəsinin 1-ci ərazi sektorunun müdiri Tağı Tağıyev tədbir iştirakçılarını 15 iyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edib və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
Layihənin müəllifi Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaütçüsü polkovnik Abdulla Qurbani bildirib ki, vətənpərvərlik tədbirləri ongünlüyü çərçivəsində respublikanın ayrı-ayrı rayonlarında, eləcə də işğaldan azad edilən ərazilərdə dislokasiya olunan hərbi hissələrdə silsilə tədbirlər həyata keçiriləcək.
Müdafiə Nazirliyi və Qaradağ rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən vətənpərvərlik tədbirindən iştirakçılar xoş təsuratlarla ayrılıblar.
Milli Qurtuluşdan Zəfərə doğru!" adlı vətənpərvərlik tədbirləri ongünlüyünə start verilib*
Milli Qurtuluşdan Zəfərə doğru!" adlı vətənpərvərlik tədbirləri ongünlüyünə start verilib*
Milli Qurtuluşdan Zəfərə doğru!" adlı vətənpərvərlik tədbirləri ongünlüyünə start verilib*
Milli Qurtuluşdan Zəfərə doğru!" adlı vətənpərvərlik tədbirləri ongünlüyünə start verilib*
Milli Qurtuluşdan Zəfərə doğru!" adlı vətənpərvərlik tədbirləri ongünlüyünə start verilib*
Milli Qurtuluşdan Zəfərə doğru!" adlı vətənpərvərlik tədbirləri ongünlüyünə start verilib*
Milli Qurtuluşdan Zəfərə doğru!" adlı vətənpərvərlik tədbirləri ongünlüyünə start verilib*



“Qurtuluşdan Zəfərə” adlı dəyirmi masa keçirildi


001.JPG

13 iyun 2022-ci il tarixində 15 iyun - Milli Qurtuluş gününə həsr olunmuş “Qurtuluşdan Zəfərə” adlı dəyirmi masa keçirildi.
 
   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ RİH başçısı yanında Şuranın üzvləri, aparatın şöbə müdirləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
   Tədbir iştirakçıları Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Ulu Öndərin abidəsi önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.
   Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, Milli Qurtuluş Gününün dövlətçilik tariximizə dönüş nöqtəsi kimi daxil olduğunu qeyd etdi. Bildirdi ki, 29 il əvvəl - xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev böyük xilaskarlıq missiyasını öz üzərinə götürməklə xalqımızın, dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin təməlini qoydu. Bu tarixi gün müasir Azərbaycanın müstəqilliyinin təntənəsi, hüquqi dövlət quruculuğunun başlanğıcıdır. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkəmizdə bir-birinin ardınca reallaşdırılan genişmiqyaslı layihələr dövlətimizin inkişafına və möhkəmlənməsinə zəmin yaratdı. Bu gün regionun söz sahibi dövlətinə çevrilməsinin əsas qayəsi məhz ümummilli lider Heydər Əliyevin sağlam təməllər üzərində qurduğu siyasətin Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsindədir.
   Tədbirdə çıxış edən Milli Məclisin deputatı Aydın Hüseynov 1993-cü il 15 iyun tarixini qayıdış günü kimi qiymətləndirdi. Qeyd olundu ki, məhz bu tarixi qayıdış Azərbaycanı siyasi oyunlardan, daxili çəkişmələrdən, parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etdi. Heydər Əliyevin yorulmaz və titanik fəaliyyəti, yürütdüyü müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimiz dönməz xarakter aldı, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu, milli ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin artması sahəsində böyük işlər görüldü.
   Milli Məclisin Deputatı Səbinə Xasayeva çıxış edərək bildirdi ki, məhz Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, indi dövlətimizin iqtisadi qüdrəti durmadan artır, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır, ölkəmizdə ictimai-siyasi sabitlik möhkəmlənir, xalqımızın sosial rifahı günbəgün yaxşılaşır. Bu gün bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inam və qətiyyətlə davam etdirilir.
   YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev  çıxış edərək bildirdi ki, qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu gün baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir.
   Qaradağ Rayon İcra Hakimiyyətinin şöbə müdiri Munis Bayramov çıxışında qeyd etdi ki, Heydər Əliyev dünya qlobal siyasət paralel və meridianlarının ekvator mərkəzi idi. Bu gün də dünyanın Ulu Öndərə ehtiyacı var. Fəxr edirəm ki, 91-lərin biri kimi mənim də müəyyən xidmətlərim olmuşdur.
   Digər çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov 1993-cü il iyun hadisələrində respublikadakı ictimai asayışın vəziyyəti barədə, həmin illərdə sahə müvəkkili işlədiyindən, keçmiş xatirələrindən danışdı və bayram münasibətilə iştirakçıları təbrik etdi.
   Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov tərəfindən rayonun ictimai-siyasi həyatında iştirakına, mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə bir qrup rayon icttimaiyyət nümayəndələrinə fəxri fərmanlar və hədiyyələr təqdim olundu.
“Qurtuluşdan Zəfərə” adlı dəyirmi masa keçirildi
“Qurtuluşdan Zəfərə” adlı dəyirmi masa keçirildi
“Qurtuluşdan Zəfərə” adlı dəyirmi masa keçirildi
“Qurtuluşdan Zəfərə” adlı dəyirmi masa keçirildi
“Qurtuluşdan Zəfərə” adlı dəyirmi masa keçirildi
“Qurtuluşdan Zəfərə” adlı dəyirmi masa keçirildi
“Qurtuluşdan Zəfərə” adlı dəyirmi masa keçirildi
“Qurtuluşdan Zəfərə” adlı dəyirmi masa keçirildi
“Qurtuluşdan Zəfərə” adlı dəyirmi masa keçirildi



Korgöz qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirildi


001.JPG

10 iyun 2022-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun Korgöz qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.
 Görüşdə Milli Məclisin deputatı Səbinə Xasayeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak etmişlər.
   Keçirilmiş səyyar qəbulda 50-dən çox qəsəbə sakinləri iştirak etmişdir.
  Görüşə gəlmiş qəsəbə ağsaqqalları qəsəbə ərazisində görülən işlərə görə, yeni salınan asfalt örtüyü və məktəblilər üçün çəkilən xüsusi piyada yollarına görə öz təşəkkürlərini bildirmişlər. Qəsəbə sakinlərindən 9 nəfəri fərdi qaydada dinlənilmişdir.
   Sakinləri narahat edən problemləri dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilmiş, həlli vaxt tələb edən müraciətlərin  həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
  Daha sonra qəsəbə sakinlərinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan Dövlət Proqramı çərçivəsində qəsəbə ərazisində görüləcək işlər barədə ətraflı məlumat verilmişdir.
Korgöz qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirildi
Korgöz qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirildi
Korgöz qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirildi

Puta qəsəbə sakinlərinin iştirakı ilə səyyar görüş təşkil olunub


002 (2).JPG

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Puta qəsəbəsində səyyar qəbulu keçirilmişdir.
    Qəbulda Milli Məclisin deputatı Səbinə Xasayeva, Puta qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
   Puta qəsəbə sakinləri onları narahat edən nəqliyyat məsələləri, asfalt örtüyünün salınması, su və kanalizasiya sistemində olan nasazlıqlardan olan narazılıqlarını rayon rəhbərinə çatdırmışdır. Sakinləri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını vermiş, bəzi müraciətlər yerindəcə həll edilmişdir.
   Qəsəbə sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
  Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdiriləcəkdir.

Puta qəsəbə sakinlərinin iştirakı ilə səyyar görüş təşkil olunub.
Puta qəsəbə sakinlərinin iştirakı ilə səyyar görüş təşkil olunub.
Puta qəsəbə sakinlərinin iştirakı ilə səyyar görüş təşkil olunub.
Puta qəsəbə sakinlərinin iştirakı ilə səyyar görüş təşkil olunub.










Вернуться назад