» » Sabunçu rayonunda abadlıq-quruculuq işləri davam etdirilir - ÖZƏL

Sabunçu rayonunda abadlıq-quruculuq işləri davam etdirilir - ÖZƏL


Sabunçu rayonun Ramana qəsəbəsində abadlıq-quruculuq işləri davam etdirilir


Ramana qəsəbəsinin inzibati ərazisində Mərkəzi küçədə təmir işləri aparılaraq asfalt örtüyü vurulmuş,  Ziya Bünyadov küçəsində abadlıq işləri aparılmışdır. Südçülük sovxozu ərazisində yola 40 ton karbonat tökülərək yayılmışdır. Müşfiq Qəribov küçəsi və 2-ci sahə ərazisində bərk məişət tullantıları xüsusi texnika vasitəsi ilə təmizlənərək daşınmışdır.

Şuşa şəhəri uğrunda gedən döyüşlərdə ağır yaralanaraq 6 ay hospitalda müalicə alan və ötən gün şəhid olan hərbi qulluqçu Xəlilov Hüseyn Rasim oğlunun ailəsi ilə görüş keçirildi



Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, RİH başçısının müavini Avtandil Hüseyn-zadə, RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Əlizadə Fəqan, həmin şöbənin böyük məsləhətçisi Dünyamalıyev Fəqan, RİH başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəsi Məmmədov Azər və Nardaran bələdiyyəsinin sədri Ağayev Əlihüseyn Vətən müharibəsi zamanı ağır yaralanaraq 6 ay hospitalda müalicə alan və ötən gün şəhid olan hərbi qulluqçu Xəlilov Hüseyn Rasim oğlunun ailəsini ziyarət etmiş, onların problem və qayğıları ilə maraqlanmışlar.
   Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan H.Xəlilovun ailə üzvlərinə başsağlığı verən və səbr diləyən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev xalqımızın onun kimi igidlərlə qürur duyduğunu vurğulayaraq son nəfəsinə qədər əzmlə vuruşan və şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişdir. Qeyd olunmuşdur ki, Ali Baş Komandanın ətrafında sıx birləşən xalqımızın inamı və müzəffər Azərbaycan ordusunun qətiyyəti ilə qazanılmış tarixi zəfərimiz milli kimliyimizi, birliyimizi və gücümüzü bütün dünyaya nümayiş etdirmişdir.
   Qeyd edək ki, H.Xəlilov Sabunçu rayonunun Nardaran qəsəbəsində doğulub. Vətən müharibəsi zamanı Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralanıb. 6 ay hospitalda müalicə alandan sonra aprelin 25-də şəhidlik zirvəsinə ucalmışdır. 
   Allahdan şəhidimizə rəhmət, yaxınlarına səbr diləyirik!
 


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sabunçu rayonunun Pirşağı qəsəbəsində yenidənqurma və təmir-bərpa işlərinin təməl qoyulması tədbirində iştirak edib




Sabunçu rayonunun Pirşağı qəsəbəsində yenidənqurma tədbirlərinə start verilib və təmir-bərpa işlərinin təməli qoyulub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin göstərişinə əsasən, 2019-cu ildən Bakı şəhərinin və Abşeron rayonunun qəsəbələrində xüsusi abadlaşdırma işlərinə başlanılıb. Balaxanı qəsəbəsinin timsalında uğurlu təcrübənin şahidi olmuşuq. Bibiheybət, Novxanı, Əmircan, Ramana qəsəbələrində də bu proses davam edir.
Artıq Pirşağı da mahiyyətcə qədim, formaca yeni simasını qazanacaq. Həyata keçirilən tədbirlərin əsas məqsədi buradakı insanların daha yaxşı şəraitdə yaşaması, özlərini daha rahat hiss etmələridir. Pirşağı tarixən iqlim terapiyası üçün əlverişli zona hesab olunub. Yekunda ekoloji vəziyyətin də yaxşılaşdırılması hədəf kimi qarşıya qoyulub.
Qəsəbədə abadlıq işləri həm mövcud binalar üzərində, həm də açıq məkanlarda aparılacaq. Mərkəzi hissədə məscidin qarşısında Şərq bağçılıq ənənələrinə uyğun parkın salınması nəzərdə tutulur. Ənənəvi “Çar-bağ” (Cahar-bağ) prinsipi ilə salınacaq parkın mərkəzində su hövzəsi yerləşdirilib və ondan dörd istiqamətdə yollar ayrılır.
Pirşağıda abadlaşdırma işləri məşğulluğun təminatına da müsbət təsir göstərir. Prosesdə iştirak edənlərin böyük əksəriyyəti məhz yerli sakinlərdən ibarətdir. Yeni siması ilə post-pandemiya dövründə cəlbedici turizm məkanlarından birinə çevrilməyi hədəfləyən Pirşağıda tələbata uyğun məhsulların istehsalı da istisna edilmir.
Abadlaşdırma zamanı tarixi abidələrin bərpası və aşkarlanması əsas məqsədlərdəndir. Pirşağıda bu mənada bərpa-konservasiya olunacaq abidələrdən biri Hacı Şahverdi hamamıdır. Bu hamam XIX əsrdə Pirşağı qəsəbəsinin sakini Hacı Şahverdi tərəfindən inşa olunub. Yerli əhali arasında o, “Qum hamamı” kimi tanınır.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hacı Şahverdi hamamı ilə tanış oldular.
Dövlətimizin başçısı və birinci xanım qəsəbədə ağac əkdilər.
Prezident İlham Əliyev Pirşağı qəsəbəsində yenidənqurma və təmir-bərpa işlərinin təməlini qoydu. 




Sabunçu rayonunda “Evimizi yaşıllaşdıraq” adlı ağacəkmə aksiyası keçirildi



Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə “22 aprel - Beynəlxalq Yer Kürəsi Günü” münasibətilə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində “Evimizi yaşıllaşdıraq” adlı ağacəkmə aksiyası keçirildi.
   Sabunçu  Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, YAP Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının Kürdəxanı qəsəbəsi üzrə nümayəndəsi, Kürdəxanı bələdiyyəsinin sədri, Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin məsul əməkdaşları, Sabunçu Gənclər Evinin məsul əməkdaşları və gənc üzvlərinin iştirakı ilə keçirilən aksiya çərçivəsində 350-dən çox ağac əkildi.
 
Ətraflı linkdə:  https://www.facebook.com/sabunchurih/posts/1873775902785371 


Sabunçu rayonun Balaxanı qəsəbəsində abadlıq-quruculuq işləri davam etdirilir



Bakı Abadlıq MMC tərəfindən Balaxanı qəsəbəsinin Partizan Məmməd küçəsinə yeni asfalt örtüyü vurulmuş, ətraf ərazilər abadlaşdırılmışdır.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya