» » Hacı Rauf Sərdarov

Hacı Rauf Sərdarov



Qafqaz Müsəlmanları idarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə "Vətən müharibəsi"dövründə dini ayinlərin icra və təşkil edilməsində göstərdiyi xidməti fədakarlığa görə Sumqayıt, Abşeron Xızı bölgə qazısı Hacı Rauf Sərdarovu Fəxri Fərmanla təltif etdi.

















Hacı Rauf Sərdarov - Prezidentimiz bütün nitqlərində qəti mövqe ortaya qoyan qalib Lider kimi çıxış edir. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycan yalnız regionda deyil, dünya siyasətində yeniliklərə imzaa tır. Bölgədə yeni əməkdaşlıq formatlarının yaradılmasına müəlliflikedənAzərbaycandünyayabureallığı da çatdırdıki, kimin necə dərk etməsindən asılı olmayaraq beynəlxalq hüquq normaları mövcuddur. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq hər bir dövlət bu prinsiplərə əməletməlidir. Azərbaycan Vətən müharibəsinin davametdiyi 44 gündə həm döyüş meydanında, həm də informasiya cəbhəsində üstünlük qazanaraq ermənilərin və onlara havadarlıq edən bəzi dövlətlərin və beynəlxalq təşkilatların illərdir yalan üzərində qurulan təbliğatlarını alt-üst etdi. Dövlətimizin başçısı İlham Əliyev istər Vətən müharibəsinin gedişi dövründə dünyanın nüfuzlu mətbu orqanlarına çoxsaylı müsahibələrində, istər bu il fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında, istərsə də aprelin 13-də ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda sualları cavablandırarkən ilk öncə hərbi əməliyyatların başlama səbəbləri barədə məlumat verdi, Ermənistanın dinc əhaliyə qarşı müharibə apardığını faktlar əsasında göstərdi, Azərbaycan Ordusunun uğurları barədə danışaraq ölkəmizin ərazibütövlüyünün bərpasının prioritetliyini açıqladı, Azərbaycanın apardığı mübarizənin haqq mübarizəsi olduğunu diqqətə çatdırdı. Ümumiyyətlə, möhtərəm Prezidentimiz bütün nitqlərində ölkəmizin mövqeyini aydın şəkildə ifadə edir, fikirlərinin reallıqlara əsaslandığına əmin olan, qəti mövqe ortaya qoyan qalib Lider kimi çıxış edir. Məhz bu reallıqlar fonunda ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda dövlətimizin başçısına ünvanlanan suallarda bu ümumiləşdirmə öz əksini tapmışdırki, Azərbaycan innovasiya, texnologiyavətaktikailəyanaşı, misilsiz cəsarə tnəticəsində həlledici Qələbə qazanıb. Azərbaycan müharibənin hərbi fazasını Şuşadakı Qələbəsindən sonra dayandırmaqla strateji baxış nümayiş etdirib. Müharibə zamanı vurğulanan hədəflər illərboyu aparılmış danışıqların əsas mahiyyətini özündə ehtiva etmişdir. Reallıq budurki, Ermənistan münaqişənin dinc yolla həllini qəbul etmədi və nəticədə həm regionda qanlı müharibəyə bais oldu, həm də Azərbaycanla savaşda biabırçı məğlubiyyətə uğradı.

Prezident İlham Əliyev beynəlxalq auditoriyada, xarici mediada Dağlıq Qarabağın və münaqişənin tarixi haqqında yanlış fikirlərin və fərqli yanaşmaların olduğunu nəzərə alaraq, faktlar əsasında tarixi gerçəklik barədə qısa, lakin müfəssəl məlumat verərək hazırkı postmüharibə dövründə əməkdaşlıq əlaqələrinin qurulması üçün geniş imkanların mövcudluğunu diqqətə çatdırmışdır.
 


  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya