» » Ulu Öndər Heydər Əliyevin 100 illik Yubileyinə həsr edilmiş bayram tədbiri Antalyada keçirildi

Ulu Öndər Heydər Əliyevin 100 illik Yubileyinə həsr edilmiş bayram tədbiri Antalyada keçirildi



























Ulu Öndər Heydər Əliyevin 100 illik Yubileyi Türkiyə Cumhuriyyətinin Antalya şəhərində fəaliyyət göstərən Azərbaycan Xalqlar Dostluğu Diaspora Təşkilatının başqanı Lalə xanım Həsənova, ASKEF başqanı Savaş Unal, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi polkovnik Elmar Hüseynovun təşkilatçılığı və dəstəyi ilə Antalyada yaşayan azərbaycanlı iş adamları, sənətçilər, həkimlər və onların ailə üzvləri təntənəli surətdə qeyd etdilər.

Tədbir iştirakçıkarına Heydər Əliyevin 100 illik Yubileyinə həsr edilmiş nəfis döş nişanı, Azərbaycan-Türkiyə bayrağı həkk olunmuş xatirə nişanları hədiyyə edildi.

Türkiyə Cumhuriyyətinin Antalya şəhərində fəaliyyət göstərən Azərbaycan Xalqlar Dostluğu Diaspora Təşkilatının Başqanı Lalə xanım Həsənova tədbir iştirakçılarını salamladı.

O, Ulu Öndər Heydər Əliyevin Türk dünyasının Lideri olduğunu və hər bir Azərbaycanlının qəlbində əbədi olaraq yaşadığını qeyd etdi.

ASKEF başqanı Savaş Unal çıxışında Heydər Əliyevin Turan yolunda etdiyi tarixi xidmətlərindən danışdı.

AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi polkovnik Elmar Hüseynov Heydər Əliyevin Azərbaycanda Ordu quruculuğundan danışdı. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qələbədə Heydər Əliyevin  qoyduğu tarixi irsin, vaxtilə yetişdirdiyi zabit və generalların müharibənin qələbə ilə başa çatmasındakı rolunu qeyd etdi.

Türk dünyasının fəxri, Ulu Öndər Heydər Əliyevin 100 illik Yubileyi münasibəti ilə Türkiyə-Azərbaycan qardaşlığına verdiyi töhvələrə, əməkdaşlığa və tədbirlərdə fəal iştirakına görə Türkiyə Cumhuriyyətinin Antalya şəhərində fəaliyyət göstərən Azərbaycan Xalqlar Dostluğu Diaspora Təşkilatı və Başqanı Lalə xanım Həsənova, ASKEF və Başqanı Savaş Unal, Türkiyə və Rusiyada vəkillik fəaliyyəti ilə məşğul olan Emil Hüseynov, Türk yazarı Ali Küçük AVMVİB-nin Fəxri fərmanı ilə təltif olundular. Fəxri fərmanları AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi polkovnik Elmar Hüseynov təqdim etdi.

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş bayram tədbiri Azərbaycan şirniyyatları ilə bəzədilmiş çay  süfrəsində davam etdi.


Fərid Faiqoğlu

AJB-nin üzvü



  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya