» » Zeferyolu.az informasiya agentliyinin rəhbəri Jalə Ağakişiqızının təqdimatında parapsixoloq və ekstranses Etibar Nəsibovla müsahibəsi

Zeferyolu.az informasiya agentliyinin rəhbəri Jalə Ağakişiqızının təqdimatında parapsixoloq və ekstranses Etibar Nəsibovla müsahibəsi

28 ildir parapsixoloq kimi çalışan Etibar Nəsibovla Zeferyolu.az informasiya agentliyinin rəhbəri Jalə Ağakişiqızının maraqlı müsahibəsi.
14 yaşından başlayaraq özündə qeyri-adi hallar hiss etməyə başlayan Etibar Nəsibov müsahibəsində maraqlı məqamlara toxunub.
Etibar Nəsibov:
-10-cu sinifdə oxuyanda bir gün dərsdən gəldim və kliniki ölüm keçirdim, 3 ay ayılmadım. Ayılandan sonra isə başladım hadisələri danışmağa. İlk dəfə bibim qızına bir xəbər dedim. Neçə il uşağı olmurdu, dedim filan vaxtdan sonra uşaq sahibi olacaqsan və gerçəkləşdi. Başladı qonşular, eşidənlər gəlməyə. Hərə bir dərtlə müraciət edirdi.
-Üç təhsil almışam. İlk hüquq fakültəsini bitirmişəm. Hazırda isə Moskvada parapsixoloq fakültəsində oxuyuram. Sonra müdafiə edib, elmi dərəcə almağı planlaşdırıram. İnsan beşikdən qəbrə kimi elmlə məşğul olmalıdır.
-Mən, Allah deyiləm ki, hər şeyi yüz faiz deyim. Həyatımızı Allah daha düzgün bilir. Heç elə hadisələr olur ki, mənim onu insana deməyə haqqım olmur. Bəzən pis xislətli adamlar olur, heç onlara nəsə demirəm. Nastradamus, Vanqa belə hər şeyi demək iqtidarında olmayıb.
- Mən cadu etmirəm. Ekstrasenslər iki qrupa bölünür: görücülər və magiya. Məndə görücülükdür. Magiya ilə məşğul olanlar cindarlardır. Mənə də cadu üçün müraciət edənlər olur, amma qəbul etmirəm. Cadu yeri müəyyənləşdirə bilirəm. Mən görmə qabiliyyətimi göstərirəm.
- Proqnozu verirəm, sonra onları istiqamətləndirirəm. Yol göstərirəm və məsləhət verirəm. Dua, əl açıb Allaha yalvarmaqdır.
- Türkiyədə zəlzələ olması barəsində də proqnoz vermişdim. Hətta İstanbulda da təbii fəlakət olması haqqında proqnoz vermişəm.
Mən dediyimin altından imzamı atıram.
- Şou biznesdən də yanıma gələnlər çoxdur. Məsələn Nazpəri Dostəliyeva, bu xanımı çox sevirəm, çünki bu qadın çox zəhmətkeş qadındır. Bacısı dünyasını dəyişib, Allahdan rəhmət diləyirəm. Nazpəri xanım səhətinə fikir verməlidir. Nazpəri xanımın özünə qapanmasına baxmayaraq uğurları bundan sonra da çox olacaq.
-Niyam Səlami haqqında da danışa bilərəm. Niyam çox hörmət etdiyim insanlardan biridir. Niyam tale haqqında fikirləşmir.  Uğurları davamlı olacaq.
-Flora Kərimova səhəti haqqında proqnoz vermişdim, bir az ölümcül hala düşmüşdür. Məsləhət görərdim ki, sentyabr ayında bir az özünə qayğı göstərsin. Sənədlə bağlı problemi var, inşallah onu da həll edəcək.
- Nadir müəllim evində toy-şənlik görürəm. İyun aylarında avtomobil almaq fikrində olacaq. Yeni layihəsi görünür, bu da üç ölkəyə aid olan layihə olacaq.
- Əsas ruzini Allah verir. Ruzi duası "Quran"da var. Ruzi bağlanmır, sadəcə, neqativlərin təsiri olur. Neqativ yığılır, işlərin getmir. Təəccüblənirsən ki, axı qazanırdım, indi nə oldu? Bunlar ya nəfs, ya qara xətt, ya da cadudur. "Bəqərə", "Ayətəl kürsü" duaları tez-tez oxunmalıdır. Adicə "Fatihə" surəsi oxuyub suya buraxın, qüsul verin.
- Dinindən, irqindən asılı olmayaraq bütün insanlara demək istəyirəm ki, Allaha inansınlar, ibadət etsinlər, çoxlu dualar etsinlər. Mən həmişə namazlarımda Azərbaycanımız üçün, dövlətimiz üçün, əsgərlərimiz üçün çoxlu dualar edirəm.
Bəli Etibar müəllim bu xoş müsahibəyə görə sizə təşəkkür edirik. Var olun. Həmişə xoş xəbərlər deyəsiniz.
-Zəhmət çəkib gəldiniz, kameraman qardaşımıza, sizin simanızda bütün mətbuat işçilərinə minnətdarlığımı bildirirəm, Ulu Öndər demişkən jurnalistlər mənim dostumdur.

Jalə Ağakişiqızı
"Zeferyolu.az" İA-nin rəhbəri


Müsahibəmizi sizə təqdim edirik:

 

        

  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Become a pro trader and start generating profits of up to $5000 a day. The more you make, the greater our mutual rewards.Copy Binary Options Trades
    24 fevral 2023 02:50
    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya