» » Səttar Möhbalıyev: “Dövlətimizin idman siyasətinin uğurları ildən-ilə yüksəlir”

Səttar Möhbalıyev: “Dövlətimizin idman siyasətinin uğurları ildən-ilə yüksəlir”























“Xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə gətirilən Ulu Öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi, idmanın da inkişaf strategiyasını müəyyənləşdirdi. Bu istiqamətdə Azərbaycanda kompleks tədbirlər həyata keçirildi və qısa müddətdə böyük nailiyyətlərin əsası qoyuldu. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən dövlətimizin başçısı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə idmanın kütləviliyi daha da təmin olundu, bədən tərbiyəsi və idmanın inkişafı bütün ölkə ərazisini əhatə etdi, dünya şöhrətli yeni-yeni idmançılar yetişdi. Əsasən cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra bu hal ölkəmizdə geniş vüsət aldı, olimpiya hərəkatı, idman yüksələn xətlə dönməz inkişaf yolu tutdu. Fəxarətlə deyə bilərik ki, bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə, dünyanın aparıcı ölkələrindən biri hesab olunur. İdmançılarımız istər yerli, istər regional, istərsə də beynəlxalq yarışlarda böyk nailiyyətlərə imza atır, ölkəmizi ləyaqətlə təmsil edərək üçrəngli bayrağımızı ucaldırlar.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, ölkəmiz beynəlxalq idman yarışlarını etibarlı şəkildə təşkil edən ölkə statusunu qazanıb: “Formula-1 yarışları, I Avropa və lV İslam Həmrəyliyi oyunları, 17 yaşadək qızlar arasında futbol üzrə Avropa çempionatının final mərhələsi, həmçinin futbol üzrə Avropa çempionatının 3 qrup oyunu və 1 dörddə bir final mərhələsi ölkəmizdə möhtəşəm, nümunəvi şəkildə və peşəkar səviyyədə təşkil edildi. Bu, beynəlxalq ictimaiyyət və dünyanın aparıcı idman təşkilatları tərəfindən təqdir olundu. Bütün bunların təməlində dövlətimizin başçısı Cənab İlham Əliyevin uğurlu idman siyasəti dayanır”.
Milli Məclisin deputatı vurğulayıb ki, idman sahəsində böyük uğurlar qaznmış, ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil etmiş idmançılarımız hərtərəfli dövlət qayğısı ilə əhatə olunur: “Onlar ölkə ictimaiyyətinə təntənəli şəkildə təqdim edilir, nailiyyətləri yüksək qiymətləndirilir. Bu il yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirildi. Tədbirdə iştirak edən dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev ölkəmizdə idmanın inkişafında xidmətləri olan idmançıları və idman mütəxəssislərini mükafatlandırdı. Bu, bir daha onu göstərir ki, idmanın inkişafı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Əvvəlki illərdə olduğu kimi, 2022-ci il də ölkəmizin idman həyatında uğurlu il oldu. İl ərzində idmançılarımız Avropa və dünya çempionatlarında, kubok yarışlarında və digər rəsmi beynəlxalq turnirlərdə ümumilikdə 837 medal qazandılar. Onlardan da 356-sı Olimpiya, 384-ü qeyri-Olimpiya, 97-si isə paralimpiya proqramına aidir. Bu, kifayət qədər böyük nailiyyətdir və onu göstərir ki, ölkəmizin idman siyasəti uğurlu nəticələrini verməkdədir”.
“Ölkəmizdə idmanın təbliği, bu sahəyə olan maraq ildən-ilə yüksəlir. Gənclərin sağlam şəraitdə böyüməsi, pis vərdişlərdən uzaq olması, ölkədə bədən tərbiyəsinin hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər görülür. Hazırda elə bir bölgəmiz yoxdur ki, orada olimpiya idman kompleksi olmasın. İşğaldan azad edilmiş Şərqi Zəngəzurda və Qarabağda da idman qurğularının yaradılması nəzərdə tutulub. İnanırıq ki, sakinlər öz doğma yurdlarına qayıtdıqdan sonra həmin bölgəmizdə də idmanın inkişafı təmin ediləcək, orada beynəlxalq yarışlar keçiriləcək. Bu da idmanla yanaşı, ölkə turizminin uğurlu gələcəyinə, mədəniyyətimizin təbliğinə və inkişafına mühüm töhfələr verəcək”, - S.Möhbalıyev qeyd edib.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Подробнее тогда гта 5 на икс бокс
    3 fevral 2023 19:42
    Каждый, кто имеет инстаграм аккаунт, желает, чтобы его учетная запись была максимально успешной и известной. Достижение схожих результатов может оказаться сложным, если применять только лишь естественные способы получения популярности - накрутка инстаграм быстро и бесплатно.
    9 fevral 2023 13:33
    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya