» » Təhsil işçiləri təltif olundu

Təhsil işçiləri təltif olundu























Ölkəmizdə hər sahədə olduğu kimi təhsilimizdə də böyük inkşaf prosesi danılmazdır. Ulu Öndər Heydər Əliyev siyasətinin əsas prioriteti olan  təhsilimizin inkşafı bu gündə həmin siyasətin layiqli davamçısı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunaraq inkişaf edir. Azərbaycan gənclərinin dünyanın məhşur universitetlərinə qəbulu, eyni zamanda dünya ölkələrindən tələbələrin ölkəmizdə təhsil alması, savadlı kadrların həm ölkəmizdə, həm də xarici ölkələrdə uğurlu nailiyyətlər əldə etməsi təhsilimizin inkişafından xəbər verir. Sözsüz ki, təhsilimizin inkişafında dövlətin təhsilə göstərdiyi qayğıdan əlavə peşəkar müəllimlərin də əməyi az deyil. Bu gün ən ucqar rayonlarımızda hər cür texnoloji avadanlıqlarla təminatın təşkili müəllimlərin tədrisi üçün hər cür şəraitin yaradılması istiqamətində aparılan işlər gənc savadlı kadrlara keyfiyyətli təhsil vermək üçün böyük stimul verir.
Kadrların yerləşdirilməsi,peşəyə həvəsləndirmə ən əsasıda pedaqoqların  əməyinin qiymətləndirilməsi Təhsil Naziri cənab Emin Əmirullayevin xüsusi diqqətindədir. Mütəmadi olaraq müəllimlərin peşə fəaliyyəti cənab nazirimiz tərəfindən layiqincə qiymətləndirilir. Bu yaxınlarda bir çox təhsil işçilərinin fəaliyyəti cənab Təhsi Naziri Emin Əmirullayev tərəfindən qiynətləndirildi.
Bakı Şəhəri Təhsil İdarəsində bununla bağlı xüsusi tədbir keçirilmişdir. Tədbiri giriş sözüylə açan idarə rəhbəri xanım Mehriban Vəliyeva ilk öncə Təhsilə göstərdiyi diqqət və qayğıya görə cənab prezidentə minnətdarlığını bildirdi. Daha sonra nazirlik tərəfindən "Qabaqcıl təhsil işçisi" döş nişanı və fəxri fərmanlarla tətif olunan müəllimlərə öz təbriklərini bildirmiş onlara işlərində yeni  uğurlar arzu etmişdir. Tədbirdə təhsilin inkişafında xidmətlərinə və gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlərinə görə təltif olunmuş 11 nəfər təhsil işçisinə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, 17 nəfər təhsil işçisinə “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” təqdim edildi.  “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunan təhsil işçilərindən biri yeni riyaziyyat dərslik, müəllimlər üçün metodik vəsaitlərinin və , iş dəftərlərinin həmmüəllifi, riyaziyyat üzrə fəlsəfə doktoru 193 saylı məktəbin riyaziyyat və informatika müəllimi Günay Ələkbər qızı Hüseynzadədir. Müəllimin şagirdləri müxtəlif müsabiqələrə qoşulur və uğurlu nəticələr əldə edirlər. Şagirdlər eyni zamanda tədris ili boyunca Avropa ölkələrindən olan həmyaşıdları ilə yeni layihələrdə iştirak etməklə yeni bacarıqlar qazanırlar. 2022-ci ildə Günay xanımın elmi rəhbərlik etdiyi layihə ilə şagirdləri “Sabahın alimləri” müsabiqəsində “Kompüter elmləri nominasiyası üzrə“ Danışma məhdudiyyətli insanlar üçün hazırladıqları “Mənim səsim ol” adlı mobil tətbiqlə 2-ci yerə layiq görülmüş və cənab nazir Emin Əmrullayev tərəfindən təltif olunmuşdur. Günay Hüseynzadə respublika riyaziyyat müəllimləri üçün riyaziyyat müəllimlərinin resurs bazasına çevrilən hg-riyaziyyat-alemi.blogspot.com adlı bloq saytın yaradıcısıdır. Bu sayt bir neçə il əvvəl ElektronTəhsil Respublika müsabiqəsində 1-ci yerə layiq görülmüşdür.
Qloballaşma və texnoloji tərəqqi dövründə gələcək nəslin yeni bacarıqlara sahib olmasına ehtiyac yaranır. Bugün müəllim gələcək nəslin yetişdirilməsində əvəzsiz xidmət göstərir. Günay xanıma və peşəsinə vicdanla yanaşan, gələcək nəslin təlim tərbiyəsində yorulmadan çalışan bütün müəllimlərimizə bu şərəfli və məsuliyyətli yolda uğurlar arzu edirik.
Xezertv.info
        
                 

         
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Подетальнее тогда скачать икслоадер
    5 fevral 2023 10:24
    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Xocalı soyqırımı heç vaxt unudulmayacaq
    Xocalı soyqırımı heç vaxt unudulmayacaq
    Xocalı soyqırımı heç vaxt unudulmayacaq Ətraflı
    Xudafərin Teatrı DAYAQ, MİRİİB təşkilatları ilə birgə teatr tamaşası təşkil edib
    Xudafərin Teatrı DAYAQ, MİRİİB təşkilatları ilə birgə teatr tamaşası təşkil edib
    Xudafərin Teatrı DAYAQ, MİRİİB təşkilatları ilə birgə teatr tamaşası təşkil edib Ətraflı
    Müqayis Verdiyev, haqq carçısı olmaq üçün, haqqa əməl etmək lazımdı və ya “dinsizin öhdəsindən imansız gələr”…
    Müqayis Verdiyev, haqq carçısı olmaq üçün, haqqa əməl etmək lazımdı və ya “dinsizin öhdəsindən imansız gələr”…
    Müqayis Verdiyev, haqq carçısı olmaq üçün, haqqa əməl etmək lazımdı və ya “dinsizin öhdəsindən imansız gələr”… Ətraflı
    QHT rəhbəri və idarə heyəti "Dünya Azərbaycanlılarının həmrəylik günü" münasibətilə 11 saylı xüsusi təhsil məktəbində olublar
    QHT rəhbəri və idarə heyəti "Dünya Azərbaycanlılarının həmrəylik günü" münasibətilə  11 saylı xüsusi təhsil məktəbində olublar
    QHT rəhbəri və idarə heyəti "Dünya Azərbaycanlılarının həmrəylik günü" münasibətilə  11 saylı xüsusi təhsil məktəbində olublar Ətraflı
    Bütün xəbərlər
    «    Mart 2023    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Qalereya