» » Fəqan Azadəliyev: Dünyada böyük nüfuza sahib Azərbaycanla heç kim güc və təhdid dili ilə danışa bilməz

Fəqan Azadəliyev: Dünyada böyük nüfuza sahib Azərbaycanla heç kim güc və təhdid dili ilə danışa bilməz

Fəqan Azadəliyev: Dünyada böyük nüfuza sahib Azərbaycanla heç kim güc və təhdid dili ilə danışa bilməz


Sumqayıt Şəhər Polis İdarəsinin rəisi polis polkovniki Fəqan Azadəliyev - İran 30 il Azərbaycana qarşı riyakar, ikiüzlü siyasət həyata keçirib. Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayan zaman üzdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını söyləsə də, əslində Ermənistana hər cür yardım edib, dəstək verib.
Müharibə bitdikdən sonra İran bütün vasitələrlə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına, Zəngəzur dəhlizinin açılmasına böyük maneələr törədir. İranın molla rejiminin törətdiyi bütün əməllər İslam dininin dəyərlərinə tamamilə ziddir. İran İslam Respublikası Azərbaycanla sərhəddə hərbi təlimlər keçirir. Özünü İslam təəssübkeşi adlandıran İran ermənilər azərbaycanlılara qarşı soyqırım törədəndə, məscidlərimizi dağıdıb təhqir edəndə Ermənistana nə təzyiq göstərdi, nə də bu ölkə ilə sərhədlərdə hərbi təlim keçirmədi. İran bu illər ərzində Azərbaycan xalqını dost adlandırıb, lakin arxadan zərbə endirib. Bu gün İran məqsədyönlü və açıq şəkildə Azərbaycana qarşı düşmənçilik mövqelərini davam etdirir.
İran İslam Respublikası yaxın və orta şərqdə İslam təəssübkeşliyi "Qüdrətli İran dövləti" adı altında İraq, Suriya, Əfqanıstan, Livan, Yəmən, Fələstin və Bəhreyndə guya imperialist işğalçılara qarşı dayanır. Əslində İranın nə təsəvvür edilən formada "hərbi qüdrəti" var, nə də İslam təəssübkeşliyi. Güclü ordusunun olduğunu bəyan edən İran son 40 ildə iştirak etdiyi heç bir müharibədə qalib gəlməyib. Əminamanlıq, sabitlik yaratmaq istədiyi ölkələrdə 10 illərdir xaos, münaqişə, dağıntı hökm sürür.
İran din üzərindən Azərbaycanda siyasi təşkilatlandırma həyata keçirib, ölkəmizə qarşı dini - siyasi qruplaşmalar yaratmağa səy göstərir. İran İslam Respublikasında 35 milyondan çox azərbaycanlı yaşadığından Azərbaycan hər zaman bu ölkə ilə sıx  əməkdaşlıq etmiş və ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən ikitərəfli sənədlər imzalanmışdır.
İslam həmrəyliyindən danışan İran rəsmilərinin sözü ilə əməli heç zaman üst-üstə düşməyib. İranın kütləvi informasiya vasitələrində Azərbaycana qarşı qərəz və yalan dolu kampaniyalar aparılır. Bu gün İran Azərbaycanın daxili işlərinə qarışır. Onlar iddia irəli sürürlər ki, guya Azərbaycanda din azadlığı və İslam dəyərləri qorunmur. Əslində isə İran dövlətinin məqsədi ölkəmizdə suni problemlər  yaratmaqdır. Azərbaycanda ifşa olunan bəzi dini - ekstremist qruplaşmaların İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmələri sübut olunub. İranın Azərbaycan ərazisində terror aktları törətmək istəkləri də üzə çıxıb. Dünyada böyük nüfuza sahib iqtisadi, siyasi cəhətdən güclü, eləcə də qüdrətli orduya malik Azərbaycanla heç kim güc və təhdid dili ilə danışa bilməz.
İranın Qafanda konsulluq açması, Ermənistanın Təbriz şəhərində konsulluq açmaq istəyini gündəmə gətirilməsinə şərait yaratması bu ölkənin Azərbaycana qarşı qeyri dürüst davranışının nümunəsidir.
30 illik işğal dövründə Ermənistanın Azərbaycan ərazisində talançılıq etməsində İran da iştirak etmişdir. Qarabağ və Şərqi Zəngəzurda azərbaycanlılara məxsus evlərin, binaların, məscidlərin daşları sökülərək İrana daşınıb. İşğal dövründə İranla Ermənistan arasında böyük iqtisadi əlaqələr mövcud olub. 2007-ci ildə İrandan Ermənistana uzunluğu 140 km olan qaz kəməri çəkilib istifadəyə verilmişdir. İşğalda olan Azərbaycan torpaqlarına İrandan ermənilərə yanacaq və silah daşınıb. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nəzarəti və müşayəti ilə işğal zamanı Qarabağda becərilən narkotik vasilər Araz çayı üzərindən Avropaya daşınıb. Bu faktı Avropanın bir çox KİV ləri də işıqlandırmışdır.
İran rejimi bu ölkədə yaşayan azərbaycanlıların öz ana dilində təhsil almalarına, adət ənənələrini, mədəniyyətlərini yaşatmağa mane olur. Bu davranış az qala İranın əhalisinin yarısına bərabər azərbaycanlılara qarşı haqsızlıqdır. Azərbaycan dövləti Azərbaycandan kənarda yaşayan bütün azərbaycanlıların hüquqlarının qorunmasına səylərini əsirgəməyəcək.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Dekabr 2022    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Qalereya