» » AHİK daha 400 qazi və şəhid ailəsini yollayışlarla təmin edib

AHİK daha 400 qazi və şəhid ailəsini yollayışlarla təmin edib




Azərbaycan həmkarlar ittifaqları istər Birinci Qarabağ müharibəsi, istərsə də Vətən müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə, veteranlarına hər zaman xüsusi qayğı ilə yanaşır, onları diqqətdə saxlayır, bütün imkanlarından istifadə edərək maddi-mənəvi dəstək olur.

Həmin kateqoriyadan olan şəxslərə sağlamlıqlarının bərpası və qorunması, istirahətlərinin mənalı və səmərəli keçirilməsi üçün həmkarlar ittifaqları tərəfindən istirahət mərkəzlərinə və sanatoriyalara yollayışlar da mütəmadi olaraq verilir.

Bu işlərin davamı olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsi tərəfindən 400 nəfər qazi və şəhid ailəsi üzvünün 4 ay ərzində sanatoriya-kurort müəssisələrində müalicəsi və istirahətlərinin təşkili ilə bağlı qərar qəbul olunub.

Bu məqsədlə qəbul olunmuş qərara əsasən, AHİK-in büdcəsindən 357 000 manat vəsait ayrılıb və Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunub.

Qeyd edək ki, həmin 400 nəfər qazi və şəhid ailələri üzvlərinə yollayışlar pulsuz olaraq verilir.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya