» » Türkan Gündüzün 5 illik zəhməti bəhrəsini verdi - FOTO - VİDEO

Türkan Gündüzün 5 illik zəhməti bəhrəsini verdi - FOTO - VİDEO



Op.Dr. Türkan Gündüzün yeni kitabının təqdimatı baş tutub.
Müəllifin yeni kitabının adı "Düz bağırsağın xoşxassəli xəstəlikləri və onların müasir müalicə üsulları" olub. 
Təqdimatın girişində şairə Nazilə Səfərli çıxış edib. O, tədbiri açıq elan edib və həkim-proktoloq Türkan Gündüzün fəaliyyəti haqda qısa məlumat verib.
Bundan sonra, Türkan Gündüzün fəaliyyəti haqda video-çarx nümayiş etdirilib.
Təqdimatda çıxış edən müəllif Türkan Gündüz təqdimata gələnlərə təşəkkür edib və kitab barədə geniş danışıb:
"Hər kəsi salamlayıram. Çox həyəcanlıyam. Qərara gəldim bu kitab vasitəsilə özümə hesabat verim. Təbii ki, bu işdə əzmli olmaq lazımdır. 4 ildir bu kitabın üzərində çalışırdım. Kitabın çap olunmasının əsas səbəbi proktologiyada müasir avadanlıqlarla olunan əməliyyat metodlarıdır".
Daha sonra kitabın ərsəyə gəlməsi ilə bağlı video-çarx göstərilib.
Ardınca, müxtəlif xəstəxanaların həkimləri, direktorları və s. şəxslər tədbirdə çıxış edərək kitabla bağlı öz arzularını bildirib, Türkan Gündüzü təbrik ediblər.
Sonda, proktoloq fəxri fərman və diplomlarla təltif edilib.
Türkan Gündüz 26.08.1982-ci ildə Bakı şəhərində müəllim ailəsində ana olmuşdur. 1999-cu ildə Azərbaycan Tibb Universitetinin Müalicə Profilaktika fakültəsinə daxil olmuşdur. 2006-cı ildə bitirib, 2010-2012 illərdə Türkiyədə Konyanın Meram Tibb fakültəsində cərrahiyyə, eləcə də proktologiya ixtisası üzrə ixtisaslaşmışdır. 2011-2015-cü illərdə Ankara Tibb və Ankara Qazi Universitetində Cərrahiyyə və Proktologiya üzrə müasir əməliyyatların ən son üsullarla icra olunmasını öyrənmişdir. Həmin illərdə Azərbaycana dönmüş və öz ixtisası üzrə fəaliyyət göstərməyə başlamışdır.
2015-ci ildə Antalya Belekda Turk Koloproktoloji Konqresində iştirak etmişdir.
2016-cı ildə Avropa Koloproktoloji Cəmiyyətinin üzvü seçilmişdir və eyni ildə İtaliyanın Milan şəhərində keçirilən Ümumdünya Konqresinda iştirak etmişdir.
2019-cu ildə İtaliyada, Almaniyada, Türkiyədə koloproktologiya cərrahiyyəsi üzrə kurs keçmişdir. 2021-ci ildə Türkiyənin Koloproktoloji konfransında iştirak etmişdir və bununla bağlı sertifikat almışdır. Op.Dr.Türkan Gündüz həmçinin yerli və xarici məqalələrin müəllifidir.
Qeyd edək ki, kitab Op.Dr Türkan Gündüzün uzun müddətli elmi araşdırmalarının və iş təcrübəsinin praktikasının məhsuludur. Həmçinin Tibb Universitetinin tələbələrinə, gənc koloproktoloq olmaq istəyənlər üçün faydalı, elmi tibbi kitabdır.
Xatırladaq ki, Op.Dr. Türkan Gündüz hazırda "City Hospital" və Türkiyədə proktoloq-həkim kimi fəaliyyət göstərir. 
Bildirək ki, proktoloq Türkan Gündüz şəhid ailələri, qazilər və imkansız ailələr üçün əməliyyatları tam ödənişsiz edir. (Azxeber.com)

Fərid Faiqoğlu
AJB-nin üzvü
 
 
 

 

 

 

 

 

 

 

 

 
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Yasəmən Qəyumlu mərhum qazi Elvin Cəfərovun ailəsini ziyarət edib
    Yasəmən Qəyumlu mərhum qazi Elvin Cəfərovun ailəsini ziyarət edib
    Yasəmən Qəyumlu mərhum qazi Elvin Cəfərovun ailəsini ziyarət edib Ətraflı
    1 saylı “ASAN xidmət” mərkəzinin işçiləri xüsusi ilə də Liliya Əliyeva öz işinin peşəkarlarıdır
    1 saylı “ASAN xidmət” mərkəzinin işçiləri xüsusi ilə də Liliya Əliyeva öz işinin peşəkarlarıdır
    1 saylı “ASAN xidmət” mərkəzinin işçiləri xüsusi ilə də Liliya Əliyeva öz işinin peşəkarlarıdır Ətraflı
    Bütün xəbərlər
    «    Oktyabr 2022    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    Qalereya