» » 1 saylı “ASAN xidmət” mərkəzinin işçiləri xüsusi ilə də Liliya Əliyeva öz işinin peşəkarlarıdır

1 saylı “ASAN xidmət” mərkəzinin işçiləri xüsusi ilə də Liliya Əliyeva öz işinin peşəkarlarıdır


Son illərdə dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində əhəmiyyətli işlər görülmüş, müvafiq hüquqi baza formalaşdırılmışdır. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilmişdir. Bu xidmətlər bürokratik əngəlləri və mümkün korrupsiya hallarını aradan qaldırır. 2012-ci il iyulun 13-də bu sahədə daha mühüm islahata imza atılmış – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri yaradılmışdır. Bu qurumun yaradılmasında məqsəd vətəndaşlara birbaşa xidmət göstərəcək “ASAN xidmət” mərkəzlərinin vahid şəkildə idarə edilməsi idi. Buraya xidmət mərkəzlərində dövlət orqanları əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsi, nəzarət və qiymətləndirmənin aparılması, dövlət qurumlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi və bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi daxildir.

2012-ci il dekabrın 29-da pilot layihə olaraq Bakıda 1 saylı “ASAN xidmət” mərkəzi fəaliyyətə başlamışdır. 2013-cü ilin mayında Sumqayıtda “ASAN xidmət” mərkəzi istifadəyə verilmişdir. Daha sonra 2 və 3 saylı Bakı “ASAN xidmət” mərkəzləri açılmışdır. Hər dörd mərkəzdə şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat fəaliyyəti, eləcə də miqrasiya və əmlak məsələləri ilə bağlı müraciətlər üstünlük təşkil etmişdir.

Bakıda 1 saylı “ASAN xidmət” mərkəzi vətəndaşlara yüksək səviyyədə xidmətlər göstərilir. Bu gün şəxsiyyət vəsiqəmi yenidən almaqdan ötrü yolum Nəsimi rayonunda yerləşən 1 saylı “ASAN xidmət” mərkəzinə düşdü. Mərkəzin işçiləri peşəkarcasına öz işlərini görürlər. 1 saylı “ASAN xidmət” mərkəzində şöbə müdiri vəzifəsində çalışan Liliya Əliyeva əlil olduğumu bilib məxsusi olaraq işçilərinə göstəriş verdi ki, mənim sənədlərimi vaxtında və dərhal versinlər. 1 saylı “ASAN xidmət” mərkəzində yaradılan şərait Avropa ölkələri ilə müqayisədə 1 nömrəlidir. Bütün bunlar dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.

Mərkəzdə şəffaflığın təmin edilməsi məqsədi ilə xidmət proseduru fasiləsiz videokamera ilə qeydiyyata alınır. Mərkəz müasir İP telefon və İP şəbəkə sistemi ilə təmin edilmişdir. Mərkəzdə xidmətlərin tənzimlənməsi məqsədi ilə elektron monitor və elektron elan tabloları, videomüşahidə kameraları və rüsumların məbləğlərini əks etdirən tablo quraşdırılmış, daim internetə açıq olan kompyuterlərlə təchiz edilmişdir. Burada vətəndaşların bütün növ elektron xidmətlərdən yararlanması üçün yüksək şərait yaradılmışdır.

“ASAN xidmət” mərkəzində vətəndaşların gözləməsi və vaxtını səmərəli keçirməsi üçün funksional yardımçı xidmətlər - bank, sığorta, hüquqi yardım və tərcümə mərkəzləri, laboratoriya, tibbi xidmət, internet-kafe, poçt şöbələri, fotostudiya fəaliyyət göstərir. Mərkəzdə yerləşdirilən xüsusi terminallar vasitəsilə mobil rabitə, internet, işıq, su, qaz və digər kommunal xidmətlərin, kredit və sığorta ödənişlərinin həyata keçirilməsi mümkündür. Vətəndaşın qəbulu elektron növbə əsasında həyata keçirilir. Bunun üçün ən müasir avadanlıq quraşdırılmışdır.

Artıq bu gün ölkəmizin sürətli inkişafı danılmaz bir faktdır. Ən azı ona görə ki, bir neçə il öncə beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edəndə, hər dəfə ölkəmizin coğrafiyasını, mədəniyyətini, tarixini başa salmalı olurduq. Bu gün artıq ölkəmizi onun son nailiyyətlərinə və nəhəng layihələrinə görə tanıyırlar. Bu da ölkə başçısı İlham Əliyev cənablarının siyasətinin nəticəsidir.

Əhaliyə göstərdiyiniz qayğı və dəstəyə görə Sizə minnətdarlığımızı bildiririk. Çünki həyatımızın hər bir sahəsində dəstəyinizi hiss edirik. 

Bunun üçün də ölkə başçısına və 1 saylı “ASAN xidmət” mərkəzinin işçi kollektivinə redaksiyamız adından dərin təşəkkürümüzü bildirirəm. 


Həsənov Hacı Ruslan Şəmməd oğlu

Təsisçi-baş redaktor

  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya