» » Niyazi Nəcəfov: Ölkəmizdə şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına diqqət və qayğı nümunəvi xarakter daşıyır

Niyazi Nəcəfov: Ölkəmizdə şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına diqqət və qayğı nümunəvi xarakter daşıyır

UNEC fəalları təltif olunublar

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi ATİAHİ Şirvan şəhər komitəsinin sədri Niyazi Nəcəfovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

ATİAHİ Şirvan şəhər komitəsinin sədri Niyazi Nəcəfov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Niyazi Nəcəfov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, ATİAHİ Şirvan şəhər komitəsinin sədri Niyazi Nəcəfova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, ATİAHİ Şirvan şəhər komitəsinin sədri Niyazi Nəcəfovdur.

ATİAHİ Şirvan şəhər komitəsinin sədri Niyazi Nəcəfov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Niyazi Nəcəfov bu işin müqəddəsliyini qoruyub saxlayır. Niyazi Nəcəfov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Niyazi Nəcəfovdan danışdılar yaxşı ki, Niyazi Nəcəfov ATİAHİ Şirvan şəhər komitəsinin sədridir… Niyazi Nəcəfov öz isguzarlığı ilə tanınır və seçilir….

Niyazi Nəcəfov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Niyazi Nəcəfov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Niyazi Nəcəfov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Niyazi Nəcəfovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Niyazi Nəcəfov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Niyazi Nəcəfov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun ATİAHİ Şirvan şəhər komitəsinin sədri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Niyazi Nəcəfov özünü doğruldub. Bizdə hörmətli Niyazi Nəcəfovun dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

ATİAHİ Şirvan şəhər komitəsinin sədri Niyazi Nəcəfov - “Rəşadətli Azərbaycan Ordusu dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində 30 ilin işğalına son qoydu, ərazi bütövlüyümüzü təmin etdi, milli qürurumuzu, milli kimliyimizi özümüzə qaytardı. Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı tarixi Zəfəri bizlərə yaşatdıqlarına görə hər zaman Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna minnətdarlığını ifadə edir, şəhidlərimizin ruhu qarşısında baş əyərək onlara Allahdan rəhmət, qazilərimizə şəfa diləyir. Dünyaya səs salan şanlı Qələbəmizin qəhrəmanları canlarından, qanlarından keçərək tarix yazan, torpaqlarımızı düşmən tapdağından azad edərək şəhidlik zirvəsinə ucalan Vətən oğulları, sağlamlıqlarını itirən qazilərimiz, müharibə iştirakçılarıdır. Dövlət başçısı İlham Əliyevin hər bir çıxışında onların qəhrəmanlığı, şücaəti önə çəkilir, həyat yollarının indiki və gələcək nəsillər üçün bir məktəb olduğu bildirilir. Prezidentin sərəncamları əsasında 27 sentyabrın Anım Günü, 8 noyabr tarixinin isə Zəfər Günü kimi təsis edilməsi də Vətən oğullarının göstərdikləri qəhrəmanlıqların təsdiqi və təbliği məqsədi daşıyır.”

Dövlət hər zaman vətəndaşlarının yanındadır: “İnsan amili Azərbaycanda dövlət siyasətinin əsasını təşkil edir. Cənab İlham Əliyevin bütün çıxışlarında bu çağırış yer alır ki, atılan addımların əsasında vətəndaş amili dayanır. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinin müasir tələblər səviyyəsində həyata keçirilməsində də insan amili özünü qabarıq şəkildə büruzə verir. Dövlət başçısı İlham Əliyev bildirir ki, 30 ilə yaxın torpaq həsrəti ilə yaşayan soydaşlarımızın daha yüksək səviyyədə yaşayışını təmin etmək üçün bütün zəruri addımlar atılmalıdır. Bu gün həmin ərazilərdə həyata keçirilən və dünyanın diqqətində olan «ağıllı şəhər» və «ağıllı kənd» layihələri də deyilənlərin təsdiqidir.”

Azərbaycan müharibə şəraitində yaşasa da 30 ilə yaxın dövrdə öz iqtisadi imkanlarını artırmaq, inkişaf modelini dünyaya təqdim etmək üçün səylər göstərib: “İqtisadiyyatın inkişafında neft amilinə verilən önəm ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. Son illərdə neft gəlirlərinin düzgün istiqamətləndirilməsi nəticəsində qeyri-neft sektorunun inkişafı təmin edilir. Regionların malik olduğu imkanlardan maksimum istifadə etmək üçün regional inkişaf proqramları uğurla icra edilir. Azərbaycanın hər bir layihəni uğurlu sonluqla başa çatdırması onun təşəbbüsləri reallığa çevirən ölkə mövqeyinə yeni əlavələr edir. Bu gün Azərbaycan işğaldan azad edilmiş bütün ərazilərimizdə bərpa və quruculuq işlərini öz daxili imkanları hesabına həyata keçirir. Bütün bunlar düşünülmüş və məqsədyönlü siyasətin nəticələridir.”

Niyazi Nəcəfov qeyd olunanlar fonunda günümüzün əsas çağırışı olan şəhid ailələrinə, qazilərimizə dövlətin diqqət və qayğısından da bəhs edib: “Təbii ki, hər bir dövlət və cəmiyyət üçün hərbi əməliyyatlarda iştirak edən şəxslərin müharibədən sonrakı vəziyyəti, şəhid və qazi ailələrinin sosial müdafiəsi xüsusi önəm kəsb edir. Tarixi Zəfərimizin ilk günündən bu kateqoriyadan olan insanlara dövlətin diqqət və qayğısı davamlılığı ilə diqqəti cəlb edir. Bircə faktı qeyd etmək kifayətdir ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən tarixi Zəfərimizin qazanılmasında Vətən yolunda canını fəda edən şəhidlərin və qazilərin misilsiz qəhrəmanlıq göstərdiklərini xüsusi vurğuladı. O da təsadüfi deyil ki, müharibə Azərbaycanın hərbi-siyasi Qələbəsi ilə başa çatdıqdan sonra dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ilk görüşü 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə oldu. Ölkə Prezidenti o zaman görüşün səbəbini belə əsaslandırmışdı ki, müharibə başa çatandan dərhal sonra gəlmişəm sizə öz hörmətimi ifadə edim: “Sizin valideynlərinizə öz təşəkkürümü bildirim ki, dövlət üçün belə qəhrəman övladlar yetişdiriblər. Gəlmişəm ki, sizə şəxsən öz təşəkkürümü bildirim, sizi təbrik edim. Mənim birinci təbrik etdiyim insanlar sizsiniz və sizin simanızda bizim bütün qəhrəman döyüşçülərimizdir. Gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar. Bir daha sizi təbik edirəm, tezliklə sağalın, adi həyata qayıdın.”

Dövlət başçısı İlham Əliyevin bu fikirləri özündə bütün məqamları ehtiva edir: “Cənab Prezident həmin görüşdə bu məqamı da xüsusi qeyd etmişdir ki, ən ağır yaralanmış hərbçilərimizi həyata qaytaracağıq. Onları normal həyata qaytarmaq üçün bütün lazımi tədbirlər görüləcək. Bütün dövlət qurumlarına, özəl şirkətlərə müraciət edərək bildirirəm ki, qəhrəmanlıq göstərmiş, yaralanmış hərbçilərimizi işlə təmin etmək üçün xüsusi addımlar atılacaq.”

“Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən, dövlət qurumları şəhid ailələri və qazilərin problemləri ilə yaxından maraqlanır, onların həlli istiqamətində tədbirlər həyata keçirilir” söyləyən Niyazi Nəcəfov qeyd edib ki, dövlət başçısı tərəfindən bu istiqamətdə imzalanan Fərman və sərəncamlar, Birinci vitse-prezidentin şəhid ailələrinə və müharibə əlillərinə qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir: “Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqın­dan azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da bu diqqət və qayğının tərkib hissələridir. Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən, 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi evin verilməsinin nəzərdə tutulmasını xüsusi qeyd etməliyik. Ötən il 3 min mənzil və fərdi ev şəhid ailələrinə və qazilərə təhvil verilib. 2025-ci ilə qədər mənzillə təmin olunmayan bir nəfər də olsun şəhid ailəsi və Qarabağ qazisi qalmayacaq.”

Ölkə Prezidenti İlham Əliyevin müvafiq Fərman və sərəncamlarına əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği davamlı olaraq artırılır, şəhid ailələri və qazilərin məşğulluq proble­mi aradan qaldırılır. Prezidenti­n “Sosial müavinətlərin məbləğinin artırılması haqqında”, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” fərmanları şəhid ailələri və qazilərin rifahının yaxşılaşdırılmasının, onlara göstərilən dəstəyin, davamlı qayğının bariz nümunəsidir.

Şəhid ailələri və qazilərdən bəhs edərkən dövlət başçısı İlham Əliyevin 2020-ci ildə imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradıl­ması haqqında” Fərmanı ilə “YAŞAT” Fondunun təsis edilməsini də qeyd etməliyik. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin məlumatında bu statistik rəqəmlər öz əksini tapıb ki, Fonda 73 milyon manatdan artıq vəsait toplanıb. Xərclənən məbləğ təxminən 62 milyon manatdır. Xərclənən vəsait əsasən bu vətəndaşların məişət şəraitinin yaxşılaşdırılmasına, təhsil, peşə hazırlığı və yaradıcı potensialının inkişafına, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanmasına, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsinə yönəlib.

Bəzi qazilərimizin, müharibə iştirakçılarının müəyyən tələbləri hər zaman dövlətin, ölkə Prezidentinin atdığı addımların əhəmiyyətini azaltmaq, onlara qara eynək arxasından baxmaq yolunu tutan antimilli dairələr üçün öz çirkin məqsədlərini həyata keçirməkdə bir vasitəyə çevrilib. Hesab edirəm ki, antimilli ünsürlərin qazi kimi şərəfli ada xələl gətirmək cəhdləri qətiyyən yolverilməzdir. Dövlətimiz hər zaman tarixi Zəfərimizin qəhrəmanları olan şəhidlərimizin ailələrinin, qazilərimizin yanındadır.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya