Главная > Dünya > Gözlənilməz xəbər: onlar Putinin qohumu ilə dəyişdirildilər

Gözlənilməz xəbər: onlar Putinin qohumu ilə dəyişdirildilər


22-09-2022, 12:51. Разместил: admin
Gözlənilməz xəbər: onlar Putinin qohumu ilə dəyişdirildilər


"Azov" alayının komandiri, "Ukrayna qəhrəmanı" Denis Prokopenko və onun müavini Svyatoslav Palamar əsirlikdən azad olunub.

Ukrayna KİV xəbər verir ki, Rusiya sözügedən şəxsləri insanlığa qarşı cinayətlərdə ittiham etdiyi və açıq məhkəmədə mühakimə etməyə hazırlaşdığı üçün bu, gözlənilməz xəbər olub.

Qeyd edilib ki, "Azov"çular Ukraynada ən məşhur rusiyayönümlü siyasətçi və oliqarx, Rusiya Prezidenti Vladimir Putinin qohumu Viktor Medvedçukla dəyişdirilib.

Bildirilib ki, əsir mübadiləsinə Türkiyə və Səudiyyə Ərəbistanı vasitəçilik edib.


Вернуться назад