» » ABŞ jurnalından Ərdoğan əleyhinə danışanlara cavab: "Diktator ikinci tura qalmır"

ABŞ jurnalından Ərdoğan əleyhinə danışanlara cavab: "Diktator ikinci tura qalmır"

  • 18-05-2023, 15:15
  • Dünya
  • 0
  • 98
ABŞ jurnalından Ərdoğan əleyhinə danışanlara cavab: "Diktator ikinci tura qalmır"


ABŞ-da nəşr olunan "Newsweek" jurnalı Türkiyədə ikinci tura qalan prezident seçkiləri barədə təhlil yayımlayıb.

Türkiyə mətbuatı xəbər verir ki, suriyalı jurnalist Əsəd Sam Hannanın qonaq yazar qismində yazdığı məqalədə aşağıdakı fikirlərə yer verilib:

 "Ərdoğana diktator deməyi dayandırın. Diktatorlar ikinci tura qalmaz".
Yazıda daha əvvəl də Ərdoğana qarşı qarayaxma kampaniyalarının aparıldığı və bəzi qavrayışa yönəlmiş ifadələrin işlədildiyi bildirilib.

Suriyalı jurnalist Qərb mediasının Türkiyədə keçirilən seçkilərə inanmadığını xatırladıb:

“Halbuki Ərdoğan demokratik yolla seçilmiş prezidentdir”, - o yazıb.



Jurnalist bildirib ki, nəticənin nə olmasından asılı olmayaraq qalib qalibdir:

"Diktaturada seçkilərin nəticələrini səbirsizliklə gözləyən insanlara rast gələ bilməzsiniz. Azad seçkilər istənilən demokratiyada vacibdir. Amma bu seçkilərin nəticələrini tanımaq demokratik prosesin qorunmasının ən vacib hissəsidir. Nəticəni bəyənsək də, bəyənməsək də, qalibi dəstəkləsək də, dəstəkməsək də, qalib yenə də qalibdir. Nəticəni pisləmək və xarici müdaxiləni günahlandırmaq sistemdə yalnız şübhə toxumu səpir və siyasi parçalanmanı artırır”.

Səsvermənin ikinci turunun günlər sonra keçiriləcəyini qeyd edən Hanna fikrini bu sözlərlə yekunlaşdırıb:

"Qazanmaq üçün Ərdoğana əlavə 1% səs lazımdır. Müxalifətin qalib gəlməsi üçün 5%-dən çox səs lazımdır.

Aydındır ki, Qərb hökumətləri və onların mediası türk xalqının iradəsinə baxmayaraq, Türkiyə müxalifəti hakimiyyətə gələnə qədər Türkiyə seçkilərini “saxta” adlandırmağa davam edəcək. Bu, əsassız iddiadır”.

Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya