» » Ərdoğandan 2-ci tur mesajı - FOTO

Ərdoğandan 2-ci tur mesajı - FOTO

  • 16-05-2023, 13:03
  • Dünya
  • 0
  • 95
Ərdoğandan 2-ci tur mesajı - FOTO


Türkiyənin hazırkı ölkə başçısı Rəcəb Tayyib Ərdoğan mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu ilə bağlı yeni açıqlama verib.

O, sosial şəbəkə hesabından paylaşım edərək insanlara səslənib.

“Biz “Cümhur İttifakı” olaraq ölkəmizin ən kritik seçkilərinin ilk sınağından alnıaçıq çıxdıq.

Təxribatlara yol vermədən, təzyiqlərə məhəl qoymadan, qorxuya düşmədən, çətinliklər qarşısında təslim olmadan mübarizə apardıq.

Zəhmətinizə, səylərinizə və fədakarlığınıza görə hər birinizə təşəkkür edirəm.

Həmd olsun ki, rəbbim mənə sizin kimi əqidə yoldaşları verib. 

İndi mayın 14-də əldə etdiyimiz uğuru daha böyük qələbə ilə taclandırmağın vaxtıdır.

Seçkilərin ikinci turu 27 may çevrilişinin 63-cü ildönümündən bir gün sonra, mayın 28-də keçiriləcək.

Biz milli iradəni, vətənə, millətə xidmət eşqini siyasətinin mərkəzinə qoyan bir ittifaqıq.

Bizə sahib çıxan, bu məqsədlə lazım olanda tanklara meydan oxuyan millətimizə olan minnətdarlıq borcumuzu ancaq daha çox çalışmaqla ödəyə bilərik.

Türkiyə bizdən xidmət gözləyir, hərəkət gözləyir, millətimiz bizdən hədəflərinə çatmağı gözləyir.

Zəlzələdən zərərçəkənlər yaralarının tezliklə sağalmasını gözləyirlər.

İnşallah, qarşıdakı günləri ən yaxşı və ən məhsuldar şəkildə dəyərləndirəcəyik.

Allahın izni ilə 28 mayı Türkiyə Yüzilliyinin müjdəçisi edəcəyik.

Sizlərə inanıram”, - paylaşımda qeyd olunub.


  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya