» » Aİ Ukrayna və Gürcüstanın işğal olunmuş ərazilərində verilən Rusiya pasportlarını tanımayacaq

Aİ Ukrayna və Gürcüstanın işğal olunmuş ərazilərində verilən Rusiya pasportlarını tanımayacaq

  • 9-12-2022, 10:46
  • Dünya
  • 0
  • 163
Aİ Ukrayna və Gürcüstanın işğal olunmuş ərazilərində verilən Rusiya pasportlarını tanımayacaq


Avropa İttifaqı Şurası cümə axşamı Ukrayna və Gürcüstanın işğal olunmuş ərazilərində verilən Rusiya sənədlərini tanımamaq qərarına gəlib.

Oxu.az xəbər verir ki, qərara əsasən, Ukraynanın və Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş ərazilərində, yaxud da orada yaşayan şəxslərə verilən Rusiya pasportları viza almaq və ya sərhədləri keçmək üçün etibarlı sayılmayacaq.

Bildirilib ki, bu qərar ümumi yanaşmanın müəyyənləşdirilməsi, xarici sərhədin və ümumi viza siyasətinin düzgün işləməsinin təmin edilməsi, həmçinin Aİ-yə üzv dövlətlərin təhlükəsizliyi baxımından önəmlidir.

Qərar Aİ-nin rəsmi jurnalında dərc edildiyi gündən qüvvəyə minir.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya