» » Blinken: "ABŞ İran və Çindəki etirazçıları dəstəkləyir"

Blinken: "ABŞ İran və Çindəki etirazçıları dəstəkləyir"

  • 5-12-2022, 09:17
  • Dünya
  • 0
  • 130
Blinken: "ABŞ İran və Çindəki etirazçıları dəstəkləyir"


"ABŞ administrasiyası İran və Çində insanların dinc etirazlarda iştirak etmək hüququnu dəstəkləyir".

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken CNN telekanalının efirində bildirib.

O, jurnalistin ABŞ administrasiyasının Çindəki etirazçılara dəstək olub-olmaması ilə bağlı sualına “Bəli, əlbəttə” deyə cavab verib.

"Biz hər yerdə, istər Çində, istər İranda, istərsə də başqa yerdə insanların dinc şəkildə etiraz etmək, öz fikirlərini çatdırmaq, narazılıqlarını bildirmək hüququnu dəstəkləyirik. Və əgər hər hansı ölkədə bu və ya digər şəkildə yatırılırsa, o zaman öz sözümüzü deyirik, buna qarşıyıq”, - dövlət katibi qeyd edib.

O xatırladıb ki, Vaşinqton əvvəllər etirazlarla əlaqədar İran rəsmilərinə qarşı sanksiyalar tətbiq edib.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya