» » Müharibə başqa ərazilərə keçəcək - Zelenski

Müharibə başqa ərazilərə keçəcək - Zelenski

  • 1-12-2022, 14:05
  • Dünya
  • 0
  • 151
Müharibə başqa ərazilərə keçəcək - Zelenski


Ukrayna Rusiyanın təcavüzünə mane olmasa, o zaman bu müharibə başqa ərazilərə, hətta ola bilsin ki, başqa qitələrə də yayılacaq.
 
“Bunu Ukrayna pPezidenti Volodimir Zelenski deyib.
 
Müharibənin bitəcəyi ilə bağlı duruma gəldikdə, ukraynalıların realist olduğunu qeyd edən Zelenskinin sözlərinə görə, onlar başa düşürlər ki, Rusiya ilə müharibə aparırlar və İkinci Dünya Müharibəsindən sonra Ukrayna ərazisində hərbi cinayətlərlə, işgəncə, zorlama, mülki obyektlərə və infrastruktura raket hücumları müşayiət olunan ən böyük hərbi əməliyyatlar davam edir.
 
“Müharibə bu hallarda bitəcək: ya biz qalib gəldikdə və ya Rusiya bunu istədikdə. Ola bilər ki, Rusiya Federasiyası bunu yalnız özünü zəif, təcrid olunmuş və heç bir tərəfdaşı olmadığını hiss edəndə bu baş versin”, - Zelenski deyib.
 
O bu baxımdan da deyib ki, tərəfdaşlar və bütün azad dünya tərəfindən Ukraynaya dəstək çox vacibdir. 
 
“Çünki Ukrayna uğursuzluğa düçar olarsa, bu müharibə başqa ərazilərə və bəlkə də başqa qitələrə yayılacaq”, - o vurğulayıb.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya