» » MN: Rusiya sülhməramlıları Kəlbəcərə 185 ton yükün çatdırılmasını təmin edib

MN: Rusiya sülhməramlıları Kəlbəcərə 185 ton yükün çatdırılmasını təmin edib

MN: Rusiya sülhməramlıları Kəlbəcərə 185 ton yükün çatdırılmasını təmin edib


Rusiya sülhməramlıları Azərbaycanın işğaldan azad olunmuş əraziləri arasında humanitar yüklərin tranzitini təmin etməyə davam edir.
Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sosial obyekt və yaşayış evlərinin enerji və su təminatı sistemlərini bərpa etmək üçün Humanitar Yardım Mərkəzinin 25 "KamAZ" markalı hərbi avtomobil və onları müşayiət edən maşınlardan ibarət kolonna Kəlbəcər rayonuna 185 ton civarında yük çatdırıb. Yük generator stansiyaları, elektrik avadanlığı, dəmir-beton konstruksiyası və tikinti materiallarından ibarət olub.

Yükün çatdırılması Azərbaycan, Rusiya və Ermənistan arasında ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən gerçəkləşdirilib.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Mart 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    Qalereya