» » Universitetlərdən sonra metro da açılır? - RƏSMİ AÇIQLAMA

Universitetlərdən sonra metro da açılır? - RƏSMİ AÇIQLAMA

Universitetlərdən sonra metro da açılır? - RƏSMİ AÇIQLAMA


Xəbər verdiyimiz kimi fevralın 15-dən universitetlərdə, yuxarı siniflərdə ənənəvi təhsil bərpa edilir. Bundan əlavə fevralın 15-dən baxçalar da açılır. Ali məktəblərdə ənənəvi dərslərin bərpa edilməsi nəqliyyatda sıxlığın artmasına da səbəb olacaq. Bu gün səsləndirilən iddialardan biri də fevralın 15-dən metronun da fəaliyyətinin bərpa ediləcəyi ilə bağlıdır. Fevralın 15-dən metronun da fəaliyyəti bərpa edilə bilərmi?
Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hələlik bu barədə rəsmi qərar yoxdur:

"Biz də sizin kimi Operativ Qərargahın qərarını gözləyirik. Bilirsiniz ki, bu barədə qərar vermək səlahiyyəti Operativ Qərargaha aiddir. Ali məktəblərdə ənənəvi təhsil bərpa edildikdən sonra metronun fəaliyyətinin bərpa edilməsi ilə bağlı Təhsil Nazirliyi tərəfindən də Operativ Qərargaha müraciət olunub.Həmçinin bildiyiniz kimi, karantin rejimi aprelin 1-nə kimi uzadılıb. Bu uzadılma avtomatik olaraq bizə də şamil edilir. Çünki uzadılma qərarında metro xüsusi bəndlə qeyd edilir. Bu isə o deməkdir ki, metronun açılması Operativ Qərargahın verəcəyi əlavə qərardan asılı olacaq".
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya