» » Müstəqim Məmmədov: Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi

Müstəqim Məmmədov: Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi



Rayon rəhbəri Vətən müharibəsində xidmətləri olan rayon sakinlərini qəbul etdi


Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon icra hakimiyyətinin Fəxri Fərmanı ilə təltif etdi.
Rayon rəhbəri bildirib ki, 2020-ci il Azərbaycan tarixinə Zəfər ili kimi düşdü. 30 ilə yaxın erməni vandalları tərəfindən işğal olunmuş torpaqlarımız Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edildi. Təqvimə ölkə rəhbərinin Sərəncamı ilə daha bir bayram-Zəfər günü əlavə edildi.
Azərbaycan Ordusunun “Dəmir yumruq” əməliyyatı dünya hərb tarixinə düşdü. Bu əməliyyat aparıcı hərbi mərkəzlər tərəfindən araşdırılıb, öyrənilir.
Dekabrın 10-da keçirilən Zəfər paradı bir daha Azərbaycan Ordusunun, Azərbaycan dövlətinin güc, qüvvəsini, döyüş ruhunu nümayiş etdirdi. Vətən müharibəsi dövründə bütün dünya azərbaycanlıları birlik,həmrəylik nümayiş etdirdi, Azərbaycana qarşı məkrli təxribatlara tutarlı cavablar verdilər. Azərbaycan həm döyüşlərdə, həm informasiya müharibəsində qalib oldu.
44 gün davam edən Vətən müharibəsində Tərtər həmişəki kimi düşmən üçün alınmaz qala oldu. Ermənilərin atdığı mərmilərdən, raketlərdən evlərimiz dağıldı, hərbi və mülki şəhidlərimiz oldu, ancaq hamı bir nəfər kimi Vətənin müsəlləh əsgərinə çevrildi. Dövlət rəsmilərinin dediyi kimi Tərtər erməni nasizminə qarşı Azərbaycanın Stalinqradı oldu. Xalq-iqtidar-ordu birliyi bizə qələbə sevincini yaşatdı. Bu qələbənin qazanılmasında itkilərimiz də oldu. Allah bütün şəhdilərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, şəhid analarının hər birinin qarşısında baş əyirik.
İcra başçısı 44 günlük Vətən müharibəsi zamanı arxa cəbhədə xidmətləri olan rayon Statistika idarəsinin rəisi Ədalət Məmmədovun, Təhsil şöbəsinin müdiri Yaşar Məhərrəmovun, Tərtər Cümə məscidinin axundu Sadiq Cəfərovun, Uşaq Gənclər İdman-Şahmat Məktəbinin direktoru Emin Quluyevin, Tərtər rayon Mənzil İstehsalat Təmir İstismar sahəsinin rəisi Hafiz Ələkbərovun, Tərtər şəhər Kommunal Təsərrüfatı İdarəsinin rəis əvəzi Saleh Qəhrəmanovun, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tərtər rayon Şöbəsinin baş məsləhətçisi Möhlət Nəzərovun,   Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahovun, Tərtər rayon İcra Hakimiyyətinin sürücüləri Elburus Əliyevin, Mahir Cəfərovun, Tofiq Xəlilovun, Tərtər şəhər sakini Rövşən Qulamovun, 1-ci Qarabağ Müharibəsi qaziləri və veteranları Suliddin Yusibovun, Rövşən Məmmədovun, Vidadi Məmmədovun, Mətləb Əliyevin, Arif Cabbarovun, Kamil Kərimovun, Ayaz Məmmədovun, Cavanşir İsmayılovun, Bəylər Abbasovun, Nazim Quluyevin, Azad Ramazanovun, Tərtər rayon İcra Hakimiyyətində xidmət aparan polis nəfərləri Yelmar Quluyevin, Elçin Mikayılzadənin, Rauf Sadıqovun, Bəhruz Hüseynzadənin, Kommunal Təsərrüfat İdarəsinin xadiməsi Məlahət Novruzovanın, Kommunal Təsərrüfat İdarəsinin elektrik-mantiyoru Fariz Məmmədovun    fəaliyyətlərini xüsusi qeyd edərək, onları Vətən müharibəsində qazanılan qələbə, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl Bayramı münasibəti ilə təbrik edib, göstərdikləri xidmətlərə görə Fəxri fərmanla təltif etdi.
Qeyd olundu ki, Tərtərlilər işğaldan azad edilən torpaqlarımızın yenidən bərpa olunmasında Vətənimizin güclənməsi, çiçəklənməsi naminə bundan sonra da daha əzmlə çalışacaq, dövlət-xalq birliyi nümayiş etdirəcək.















Tərtər rayonunda dezinfeksiya işləri davam etdirilir


Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, rayonun mərkəzi küçələrində, o cümlədən, Heydər Əliyev prospekti  boyunca Tərtər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dezinfeksiya işləri davam etdirilir.







Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov - Eşq olsun Azərbacan Əsgərinə, 2020-ci ilin yekununa "Nidanı" sən qoydun Azərbaycan əsgəri. Bu, o nidadir ki, Cənab prezident Müzəffər Ordumuzun Ali Baş Komandanı İlham Əliyev "Qarabağ Azərbaycandır və Nida" demişdi. 2020-ci ilin yekunu ifadəsinə boşuna diqqət çəkmədim. Bəlkə də 2020-ci ilin ən həyəcan verici cümləsini seçmək istəsək müharibə dövründə bu cümlə "Prezident İlham Əliyev xalqa müraciət edəcək" cümləsi olar. O anları yaşayarkən hər bir Azərbaycan vətəndaşının Cənab Prezident müraciət edən zaman ən vacib işlərini belə dayandırıb televiziya qarşısında necə həyəcanla müraciəti izləməsinin şahidi olmuşuq və o möhtəşəm anları birlikdə yaşamışıq. Bütün bu hadisələrin və müraciətlərin yekunu olaraq diqqətimizi Cənab Prezidentin 2020-ci ilin yekununa həsr olunan müşavirədəki çıxışa çəkmək istəyirəm.       
     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə çıxış edərkən bir sıra mühüm məqamları qeyd etmişdir. Cənab Prezident nitqi zamanı söyləmişdir ki, son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi,düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi. Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu və tarixi ədalət bərpa edildi. Şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi. Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Azərbaycanın dövlətinin gücü yürüdülən siyasət, iqtisadi uğurlar, xalq-iqtidar birliyi, hərbi qüdrəti, regionda oynadığı müsbət roldan qaynaqlanır. Biz bu gücdən istifadə edərək qarşımızda duran əsas vəzifəni şərəflə yerinə yetirdik. Ermənistan ordusu 44 gün ərzində darmadağın edildi, Ermənistan ordusu yoxdur. Ermənistan faktiki olaraq diz çökdü, məcbur olub noyabrın 10-da kapitulyasiya aktına imza atdı. Bu Qələbə tarixdə əbədi qalacaq. Bu Qələbə bütün dünyaya sübut etdi ki, Azərbaycan dövlətinin sözü ilə əməli arasında heç bir fərq yoxdur.  
  Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq, dünyada kifayət qədər güclü erməni lobbisi olmasına, bir çox aparıcı dövlətlərin Ermənistanı dəstəkləməsinə baxmayaraq Azərbaycan dövləti öz vədini yerinə yetirdi. Bizim gücümüz, iradəmiz qarşısında Ermənistana verilən dəstək sıfıra bərabər oldu. Azərbaycan ordusu Ermənistan öz alçaldıcı məğlubiyyətini etiraf edib, diz çökdükdən, ağ bayraq qaldırdıqdan sonra dayanıb. Biz tarixi ədaləti bərpa etdik. Biz bütün dünyaya gücümüzü göstərdik. Azərbaycan müharibə aparılmasını tənzimləyən konvensiyalara, beynəlxalq humanitar hüquqa əməl edərək Ermənistan ərazisinə girmədi, dünyaya ədalətli, əxlaqlı orduya malik olduğunu göstərdi Biz özümüzü ermənilər kimi apara bilmərik, biz azərbaycanlıyıq, biz özümüzə hörmət edən xalqıq. Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu və tarixi ədalət bərpa edildi.  
   Prezident  cənab İlham Əliyevin çıxışlarında dəfələrlə vurğuladığı və 30 il boyunca danışıqlar zamanı səslənən fikirlər tarixi Azərbaycan torpaqlarında heç vaxt ikinci erməni dövləti yaradılmayacaq, heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq, Azərbaycan münaqişəni istənilən yolla həll edəcək, fikirləri 44 günlük müharibənin nəticəsində öz təsdiqi tapdı. Prezident cənab İlham Əliyev çıxışındı müharibədən sonra 10 noyabr bəyannaməsinə görə bölgəyə yerləşdirilmiş sülhməramlıların funksiyasından və gördüyü işlərdən də danışdı. Cənab prezident vurğulayıb ki Sülhməramlı qüvvələrin Fransa nümayəndə heyətinin Qarabağa getməsinə icazə verməsi anlaşılmazdır. Ermənistan xarici işlər nazirinin Qarabağa qanunsuz səfərində sülhməramlıların rolu məsələsinə də toxunub. Ermənistanın xarici işlər nazirinin Xankəndidə nə işi var? Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir. Azərbaycana xəbərsiz edilən bu səfərlərə son qoyulmalıdır. Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq. Qırmızı Xaç istisna olmaqla, heç bir beynəlxalq təşkilat oraya gedə bilməz. Sülhməramlı qüvvələrin funksiyası noyabrın 10-da təsbit edildi. Sülhməramlıların humanitar işlərlə məşğul olması imzalanmış bəyanatda təsbit edilməsə də, Azərbaycan buna göz yumur. Çünki orada insanlar yaşayır, müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın. Dağlıq Qarabağda yaşayan insanlar bizim vətəndaşlarımızdır.Azərbaycan rəhbərliyi altında onlar yaxşı yaşayacaqlar.   Noyabrın 10-da imzalanmış bəyanat gələcək fəaliyyət üçün əsas olmalıdır. Bu bəyanatdan başqa, hər hansı bir digər sənəd imzalanmayıb. Çıxışdan da aydın olduğu kimi Cənab prezident böyük humanistlik göstərir və özü də göstərdiyi bu humansitliyin fərqindədir və haqlı olaraq vurgulayır ki "Biz bir çox hallarda humanistlik göstərmişik və Ermənistan tərəfi bunu qiymətləndirməlidir".     
   Bütün dünyaya bəllidir hətta ermənilərin özləri də çox gözəl bilirlər ki tarix boyu erməni dövləti mövcud olmasada erməni xalqı olub. Ermənilər haqqında böyük sərkərdə Teymur Ləngin, rus ədibi A. S. Puşkinin və bir sıra dünya miqyaslı tanınmış ədiblərin söylədikləri mənfi və eyni zamanda doğru fikirləri təkrarlamaq istəmirəm yeniləmək istəyirəm. Cənab Prezidentin "Biz özümüzü ermənilər kimi apara bilmərik, biz azərbaycanlıyıq, biz özümüzə hörmət edən xalqıq" deməsi erməniləri tam dolğun xarakterizə etməyə kifayət edəcək qədər müəkəmməl deyim olmasıyla yanaşı ermənilər haqqında söylənmiş mənfi sloqan kimi tarixlərdə uzun müddət qalacaq.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya