» » Səyyaf Tağıyev: Torpaqlarımızın hər birinin işğaldan azad olunması Zəfər Günümüzdür

Səyyaf Tağıyev: Torpaqlarımızın hər birinin işğaldan azad olunması Zəfər Günümüzdür



Xaçmaz Rayon mərkəzi xəstəxanasının baş həkimi Səyyaf Tağıyev - 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın Zəfəri ilə başa çatdı. Ölkəmizin hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq Kəlbəcər, Ağdam və Laçın qrafik əsasında Azərbaycana qaytarıldı. 2020-ci il 1 dekabr tarixində Laçın öz tarixi sahibinə qovuşdu. Azərbaycanın füsunkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Laçın rayonu zəngin faydalı qazıntılarla, o cümlədən 3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqları, civə, vermikulit, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə zəngindir. Burada sənaye əhəmiyyətli Gilgəzçay, Sarıbulaq, Narzanlı civə, Ahnəzər əlvan daşı, Qarabəyli, Dəlikdaş, Çorman və Narzanlı kimi vermikulit yataqları daha böyük ehtiyatlara malikdir.
Laçın rayonu Şuşadan sonra işğala məruz qalmış ikinci rayondur. Rayonun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdı. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurdu.  İşğalın nəticəsində rayonda dövlət və xüsusi mülkiyyətə ciddi zərər yetirildi. Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olub.

Prezident İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdı

1 dekabr 2020-ci il Laçının həyatında yeni parlaq səhifəni açdı. Əvvəldə qeyd etdiyimiz kimi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu yeni tarix yazdı. Artıq bu gün böyük qürur hissi ilə torpaqlarımızın işğaldan azad edildiyi tarixləri qeyd edirik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, torpaqlarımızın hər birinin işğaldan azad olunması Zəfər Günümüzdür. Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi. Laçının işğaldan azad edilməsi ilə bağlı xalqa müraciətində “Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq” söyləyən dövlət başçısı onu da əlavə etdi ki, əlbəttə, işğaldan azad edilmiş torpaqlarda mövcud olan mənzərə böyük çətinliklər yaradır. Çünki hər tərəf dağıdılıb, binalar sökülüb. Hazırda o yerlərdə yaşamaq üçün şərait yoxdur. Ancaq o bölgələri, bütün rayonları bərpa edəcəyik, vətəndaşlarımızın normal həyatı üçün bütün addımları atacağıq. Biz bu işləri maksimum səmərə ilə və eyni zamanda, qısa müddət çərçivəsində planlaşdırırıq ki, vaxt itirmədən bütün işləri təşkil edək. Artıq müvafiq dövlət qurumu da yaradıldı və bu işlərin hamısı koordinasiya şəklində aparılacaq.
Müzəffər Ali Baş Komandanın bu müraciətindən bizi iki illik zaman ayırır. İki ildə işğaldan azad edilən digər torpaqlarımız kimi, Laçın da həyatının yeni dövrünü yaşayır. Bərpa-quruculuq işləri geniş vüsət alıb. Soydaşlıarımızın gələcəkdə rahat yaşayışı üçün bütün işlər görülür. Dövlət başçısı İlham Əliyevin bu ilin avqust ayının 26-sında etdiyi paylaşım  atılan bütün addımların ümumiləşdirilmiş ifadəsi oldu: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Mart 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    Qalereya