» » Vəzifəsini itirən məmurlar niyə yatağa düşür? – Ekspertlər əsas SƏBƏBİ AÇIQLADILAR

Vəzifəsini itirən məmurlar niyə yatağa düşür? – Ekspertlər əsas SƏBƏBİ AÇIQLADILAR

Vəzifəsini itirən məmurlar niyə yatağa düşür? – Ekspertlər əsas SƏBƏBİ AÇIQLADILAR


Bu yaxınlarda sabiq nazirlərimizdən biri demişdi ki, “vəzifə ancaq stressdir, əlavə yükdür”. Bəlkə də elə buna görə vəzifəsini itirən məmurlar bir qayda olaraq dərhal hansısa xəstəliyə düçar olurlar. Halbuki, vəzifədə olarkən onların sağlamlığı haqında ən xırda informasiya belə eşidilmir. 

Vəzifə itirildikdən sonra insan niyə xəstələnsin ki?

Tanınmış psixoloq Gülnar Orucova Bizim.Media-ya açıqlamasında bildirib ki, bunun həm psixoloji, həm də fiziloji səbəbləri var.

Çünki, hər zaman diqqət mərkəzində olan, müstəsna səlahiyyətlərə və komforta malik şəxsin birdən-birə hər şeyi itirməsi onda ciddi psixoloji pozuntular yaradır:

“Çox görmüşəm ki, vəzifə adamları daha kobud və qaba olur. Sanki bu adamlar vəzifəyə ancaq başqalarını əzmək və başqalarına hökm etmək üçün gəliblər. Vəzifəsini itirəndə bu hökm, möhür əldən gedir, uzun müddət barışa bilmir vəziyyətlə və xəstələnib yatağa düşür. Vəzifədə gərgin iş rejimi faktorunu mən qəbul etmirəm. Çünki, gərginlikdə işləyən adam vəzifədən çıxanda rahatlanmalıdır, relaks olmalıdır. Amma bizdə vəzifənin həyatda çox şey həll etdiyini bildiklərinə və bu hökmranlığı itirdiklərinə görə xəstə düşürlər. Bu sırf psixoloji problemdir, hansısa xroniki xəstəliklə bağlı deyil”.

Məsələyə tanınmış həkim Aydın Əliyev də rəy bildirib: 

“Vəzifə adamı əsasən bütün enerjisini konkret məqsədinə səfərbər edir. Davamlı stres, həyəcan vəzifə adamı üçün adi haldır. Vəzifədə olanda bunu nə iləsə “kompensasiya” edirlər. Amma vəzifəni itirəndə uzun illər orqanizmdə gedən neqativ prosesər özünü biruzə verir. Bildiyiniz kimi, bütün xəstəlikləri immun sistemi idarə edir. Vəzifə adamı bütün gücünü nəyəsə səfərbər edir, amma işdən çıxanda artıq səfərbər olmağa istiqamət qalmır. Ona görə də bu günki, məmurların əksəriyyəti gələcəyin potensial xəstəsidir”.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Mart 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    Qalereya