» » Azərbaycanda iki partiya birləşdi: “Yeni Yol” yeniliklərlə gəlir

Azərbaycanda iki partiya birləşdi: “Yeni Yol” yeniliklərlə gəlir



Bu gün Dirçəliş və Tərəqqi Partiyasının onlayn qaydada qurultayı keçirildi.

Reallıq.tv xəbər verir ki, qurultayda partiyanın nizamnaməsinə müəyyən dəyişikliklər edilməsi səsə qoyularaq qəbul edilib.
Qurultayda partiyanın yeni sədrin seçilməsi, nizamnamədə dəyişiklik və partiyanın adının dəyişdirilməsi muzakirə olunub səsə qoyulub. Birləşmiş partiyanın sədri Ramil Hüseynov seçilib. Nizamnamədə dəyişikliklər qəbul olunub və partiyanın adının dəyişdirilməsi ilə bağlı məsələdə səsə qoyulub və qəbul olunub. Ümumilikdə qurultay müvəffəqiyyətlə işini bitirib, seçkili orqanlara numayəndələr və Mərkəzi İdarəetmə Qurumu seçilib.

Bundan sonra 1992 ci ildə dövlət qeydiyyatına alınmış Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası ilə Yeni Yol Partiyası birləşib bir adla fəaliyyət göstərəcək.
Qurultayda yekdilliklə partiya sədri seçilən Ramil Hüseynovun reallıq.tv – yə verdiyi açıqlamada qeyd olunur ki, hər iki partiya bir ad altında birləşdi və partiyanın sədri özü seçilib: “İki partiyanın birləşməsi gücümüzə güc qatacaq və əminliklə ifadə edirəm ki, Partiyamız bundan sonra da xalqımızın sosial rifahının yaxşılaşmasında, dövlətimizin inkşafında öz töhvəsini verəcək. Qurultay bitdi və sənədlər Ədliyyə nazirliyinə göndəriləcək. Bəzi prosedur qaydalar bitəndən sonra fəaliyyət planımız barədə mətbuata geniş açıqlama verəcəyik. Xalqımız və bizim üçün uğurlu olsun”.























  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya