» » AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır

AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır

AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır


Əziz dostlar bir insan haqqında şantaj xarakterli yazı yazanda fikirləşin görün kimdən yazmaq lazmdır. Ömürünü bu dövlətə millətinə həsr edən bir xeyirxah insan kimdi? Evində möhtəşəm bir ata, işində məsuliyyətli bir rəhbər, insanlar arasında bir qayğıkeş bir insan - bu insan Azərbaycan Dövlət Aqrar Universitetini rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovdur. Hamı onunla fəxr edir. Yoxsa bir çox xəbər portalarında ağızlarına gələni yazırlar.

102xeber.az-ın əməkdaslarının araşdırması nəticəsində şəhər sakinləri haqqında sorğu keçirdik. Bir ağızla dedilər: Azərbaycan Dövlət Aqrar Universitetini rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır

Son günlər bəzi internet saytlarında Azərbaycan Dövlət Aqrar Universitetini rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. "Rektor İbrahim Cəfərova qarşı şok ittihamlar:-Korrupsiya, rüşvətxorluq!" başlıqlı yazı yazaraq gözdən salmağa çalışırlar. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Azərbaycan Dövlət Aqrar Universitetini rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır. Ən azından əhali qəbulolunmaz məqalələri nifrətlə qarşılayır və öz iradlarını bildirirlər.

Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.


Kənd təsərrüfatı ilinin yekunları və 2022-ci ildə qarşıda duran vəzifələr mövzusunda seminar keçirilib


Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) kənd təsərrüfatı ilinin yekunları, 2022-ci ildə həyata keçiriləcək tədbirlər, qarşıda duran vəzifələr və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aqrar sektor qarşısında qoyduğu tapşırıqların icrasına həsr olunmuş seminar keçirilib. Seminarda Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatının nümayəndələri, struktur bölmələrinin rəhbərləri, ADAU-nun professor-müəllim heyəti və tələbələr iştirak edib.

Tədbiri giriş sözü ilə açan Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Vüqar Hüseynov deyib ki, ölkəmizdə aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri elan edilib. Kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar nəticəsində bu sahənin davamlı inkişafı təmin olunub. Pandemiya dövründə aqrar sektorun fəaliyyəti mövcud çağırışlara uyğun qurulub, kənd təsərrüfatı məhsullarının fasiləsiz istehsalı təmin edilib. Aqrar sektorun inkişafına dövlət tərəfindən hərtərəfli dəstək tədbirləri davam etdirilir, fermerlərin dövlətin göstərdiyi dəstək mexanizmlərdən istifadə imkanları asanlaşdırılır, bu istiqamətdə şəffaflıq, hesabatlıq və əlçatanlıq təmin olunur. Dövlət dəstəyi kənd təsərrüfatının əsas istiqamətləri üzrə məhsul istehsalını artırmağa, ərzaq təhlükəsizliyinin təmin olunmasına imkan yaradır. Məhz görülən tədbirlər nəticəsində kənd təsərrüfatı üzrə müsbət inkişaf dinamikası 2021-ci ildə də davam edib.

Tədbirdə çıxış edən ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov respublikada yeganə ali aqrar təhsil müəssisəsi olan ADAU-nun aqrar sahədə innovativ texnologiyalar sahəsində fəallığının artırılmasının əsas istiqamətləri, praktik yönümlü tədrisin üstünlük təşkil etməsinin vacibliyi, elmi-tədqiqat işlərinin mövzularının fermer və sahibkarların tələblərinə uyğunlaşdırılması və universitet-fermer əlaqələrinin gücləndirilməsi barəsində danışıb. O qeyd edib ki, bu gün dünyada su və torpaq resurslarının istehsal imkanları son həddədir və mövcud tələbatı çətinliklə ödəyir. Dünya əhalisinin artması və ərzağa artmaqda olan tələbat torpaq və su resursları üzərində təyziqi artırır. Azərbaycanda da iqlim dəyişmələrinin kənd təsərrüfatına ciddi mənfi təsirləri müşahidə olunur. Son illərdə kənd təsərrüfatı istehsalçıları kəskin quraqlıqla müşahidə olunan, qışı mülayim keçən təsərrüfat mövsümlərini yaşayır. Bu baxımdan kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasında mövcud torpaq və su ehtiyatlarından səmərəli istifadə olunmasının rolu olduqca vacibdir.

Tədbirdə çıxış edən Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə diqqəti qlobal ekoloji problemlərinə yönəldib. O çıxışında ölkə ərazisində səhralaşma prosesi, iqlim dəyişmələri və səhralaşma şəraitində ölkənin su ehtiyatlarından səmərəli istifadə etməklə quraqlığın aradan qaldırılması, respublikamızda eroziyaya uğramış torpaqların ekoloji problemləri məsələlərinə toxunub. Qeyd olunub ki, torpaqların münbitliyinin qorunması və ondan səmərəli istifadə olunması aqrar sahənin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Torpaqların münbitliyinin sabit saxlanılması və artırılması əhalinin həyat şəraitinin və sağlamlığının təmin edilməsi ilə yanaşı, gələcək nəsil üçün böyük imkanlar yaradır. Başqa sözlə, iqlimin mənfi təsirləri ümumi məhsuldarlığın daha yüksək templə artımına imkan verməsə də, müvafiq dövlət dəstəyi tədbirləri hesabına müasir texnologiyaların tətbiqinin genişləndirilməsi nəticəsində artıq ölkədə yüksək məhsuldarlıq göstəriciləri əldə edən təsərrüfatların sayı artır.

Tədbirdə işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpa olunmasının vacibliyini diqqətə çatdırıb. İştirakçılar işğaldan azad edilmiş ərazilərdə təbii resursların ekoloji durumu, kənd təsərrüfatı sahəsinin elmi və kadr təminatı, işğaldan azad olunmuş ərazilərdə təbii resurslardan səmərəli istifadənin sosial-iqtisadi və ekoloji əsasları, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının bərpası və inkişafı, zəruri infrastrukturun yaradılması barədə fikir mübadiləsi aparıblar.

Kənd təsərrüfatı ilinin yekunları və 2022-ci ildə qarşıda duran vəzifələr mövzusunda seminar keçirilibKənd təsərrüfatı ilinin yekunları və 2022-ci ildə qarşıda duran vəzifələr mövzusunda seminar keçirilibKənd təsərrüfatı ilinin yekunları və 2022-ci ildə qarşıda duran vəzifələr mövzusunda seminar keçirilibKənd təsərrüfatı ilinin yekunları və 2022-ci ildə qarşıda duran vəzifələr mövzusunda seminar keçirilibKənd təsərrüfatı ilinin yekunları və 2022-ci ildə qarşıda duran vəzifələr mövzusunda seminar keçirilibKənd təsərrüfatı ilinin yekunları və 2022-ci ildə qarşıda duran vəzifələr mövzusunda seminar keçirilib 
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya