» » Gələn il üçün istirahət və bayram günləri AÇIQLANDI

Gələn il üçün istirahət və bayram günləri AÇIQLANDI

Gələn il üçün istirahət və bayram günləri AÇIQLANDI


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2021-ci il 17 dekabr tarixli Qərarı ilə 2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.

Nazirlik xəbər verir ki, 2022-ci il üçün iş vaxtı normasında bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2021-ci il 1 dekabr tarixli 375 nömrəli Qərarına əsasən 2022-ci ildə aşağıdakı günlər iş günü hesab edilmir:

1, 2 yanvar – Yeni il bayramı;

20 yanvar – Ümumxalq hüzn günü;

8 mart – Qadınlar günü;

20, 21, 22, 23, 24 mart – Novruz bayramı;

9 may – Faşizm üzərində qələbə günü;

2, 3 may – Ramazan bayramı;

28 may – Müstəqillik günü;

15 iyun – Azərbaycan xalqının milli qurtuluş günü;

26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü;

9, 10 iyul – Qurban bayramı;

8 noyabr – Azərbaycan Respublikasının Zəfər günü;

9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü

31 dekabr – Dünya azərbaycanlılarının həmrəyliyi günü.

2022-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3, 4 yanvar, 25 mart, 30 may, 27 iyun, 11, 12 iyul tarixləri, altıgünlük iş həftəsində 3 yanvar, 25 mart, 27 iyun, 11 iyul tarixləri istirahət günləridir.

2022-ci ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.

2022-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan 7-si bayramqabağı və Ümumxalq Hüzn günü qabağı iş günləridir), iş günü hesab edilməyən 104 istirahət günü (onlardan 7-si iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşməsinə görə müəyyən edilən), iş günü hesab edilməyən 19 bayram (7-si istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq Hüzn günü vardır.

Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq ola bilməz. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.

2022-ci ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyənləşdirilir. 2022-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1 921 saatdır.

Altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhəri gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz.

Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2022-ci ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1 921 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya