» » Laçın şəhəri, Zabux və Sus kəndlərində minatəmizləmə əməliyyatları davam etdirilir - FOTO

Laçın şəhəri, Zabux və Sus kəndlərində minatəmizləmə əməliyyatları davam etdirilir - FOTO

Laçın şəhəri, Zabux və Sus kəndlərində minatəmizləmə əməliyyatları davam etdirilir - FOTO


Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən Laçın şəhəri, Zabux və Sus kəndlərində mühəndis təminatı üzrə tapşırıqlar və minatəmizləmə əməliyyatları davam etdirilir.

Report xəbər verir ki, həmçinin zəruri mühəndis işlərinin görülməsi istiqamətində fəaliyyətlər aparılır.

 Həmin ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi işləri yüksək peşəkarlıqla yerinə yetirilir.
Ərazilərə xüsusi təlimli itlər də cəlb edilib.

Xatırladaq ki, bu gün bir qrup kütləvi informasiya vasitələri nümayəndələri işğaldan azad edilmiş Laçın şəhərinə səfər ediblər.

Qeyd edək ki, avqustun 26-da Prezident İlham Əliyev tviter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan həmin gün azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.


  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya